Modern.az

Jurnalistlərə tikilən evin mənzilləri 22 iyulda paylana bilər

Jurnalistlərə tikilən evin mənzilləri 22 iyulda paylana bilər

2 May 2013, 11:43

Azərbaycanda dövlət hesabına jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O qeyd edib ki, tikintisi başa çatan binada təmir işləri aparılır və mənzillər jurnalistlərə 22 İyul - Milli Mətbuat günündə təqdim oluna bilər. V.Səfərlinin sözlərinə görə, yaşayış evi 16 mərtəbədən, 156 mənzildən ibarətdir.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir