“Riyaziyyat və Mexanika İnstitutunun gələcək illər üçün İnkişaf Proqramı hazırlanmalı və bu məqsədlə İşçi qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akadmeiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdənov keçirdiyi iclas zamanı bildirib.
Müzakirələrdə institutun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Hacıyev, fizika-riyaziyyat elmləri doktorları, professorlar Cəfər Ağalarov və Bilal Bilalov, institutun ümumi işlər üzrə direktor müavini Mehdi Məmmədov, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, institutun Elmi Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Nizaməddin İsgəndərov çıxış edərək görüləcək işlər haqqında öz təklif və tövsiyələrini irəli sürüblər.
Aytən ƏLİYEVA