Modern.az

İran səfirliyindən AÇIQLAMA: “Həbs olunan aliminizlə bağlı bizdə məlumat yoxdur”

İran səfirliyindən AÇIQLAMA: “Həbs olunan aliminizlə bağlı bizdə məlumat yoxdur”

Təhsil

2 May 2013, 12:01

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin Təbrizdə həbs olunmasından xəbərsizdir.

Modern.az-ın sorğusuna İranın Azərbaycandakı səfirliyindən verilən cavabda bununla bağlı onlarda məlumatın olmadığı bildirilib.

“Səfirlikdə bununla bağlı hər hansı məlumat yoxdur”-deyə vurğulanıb.

Qeyd edək ki, aprelin 30-da İranda azərbaycanlı elmi yazıçı Xalidə Xalid və onun köməkçisinin saxlanıldığı barədə məlumat yayılıb.

Xalidə Xalidin oğlu Xalid Məmmədli “Azadlıq” radiosuna deyib ki, anasının telefonuna zəng çatmır: “Məlumat gözləyirik. Ona görə heç nə deyə bilməyəcəyik».

Xalid Məmmədli anasının İrana şəhriyarşünas alim kimi elmi işi ilə bağlı getdiyini bildirir. 

«Oyannews»un məlumatına görə, Xalidə Xalid və yardımçısı aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, 3 azərbaycanlı fəalın da həbs edildiyi bildirilir. Onların Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşdıqları söylənilirr.

Saxlanan azərbaycanlı fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!