Modern.az

Bəşər Əsəd yenidən xalq qarşısına çıxıb - FOTOLAR

Bəşər Əsəd yenidən xalq qarşısına çıxıb - FOTOLAR

Dünya

2 May 2013, 12:06

Suriya prezidenti Bəşər Əsəd 1 may Əmək bayramı münasibətilə paytaxt Dəməşqdəki “Əməvilər” elektrik stansiyasına gedib. Modern.az xəbər verir ki, Suriya televizyasının yaydığı görüntülərdə Əsəd elektrik stansiyasının işçiləri ilə görüşüb, onların işləri ilə tanış olub. Görüşdə prezident 1 may Əmək bayramı münasibətilə bütün Suriya işçilərini təbrik edib.
Suriya dövlət televiziyasına verdiyi sonuncu müsahibəsində Bəşər Əsəd ölkəsinin müxalif qüvvələrlə müharibədə olduğunu və bu müharibədən qalib çıxacağını bir daha vurğulamışdı.

 




Peykər İbrahimova


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir