Modern.az

Nəqliyyat nazirinin müavini: "Avtobuslarda geddişhaqqı artırılacaq” - TARİFLƏR

Nəqliyyat nazirinin  müavini: "Avtobuslarda geddişhaqqı artırılacaq” - TARİFLƏR

Ölkə

2 May 2013, 12:25


Nəqiliyyat Naziriliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı ölkə hökümətinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Sərnişindaşıma ilə məşğul olan şirkətlər bizə müraciət edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır", -nazir müavini bildirib.

Onun sözlərinə görə, müraciət artıq ölkə hökumətinə göndərilib. "Bu asan proses deyil və məsələyə Tarif Şurası tərəfindən baxılır. Razılıq əldə olunan kimi bu məsələyə baxılacaq", - Pənahov bildirib.

Onun sözlərinə görə, artım çox cüzi olacaq.

"Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarında gediş haqqı 0,2 manat təşkil edir, yeni tariflər isə hətta 0,3 manat səviyyədə olmayacaq, aşağı olacaq", - nazir müavini bildirib.

M.Pənahov konkret təkliflərin olduğunu bildirsə də, onları səsləndirməkdən imtina edib.

Modern.az-ın məlumatına görə, bir neçə gün öncə - aprelin 26-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb. İclasda Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib.

Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmayıb. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb.

Tarif (qiymət) Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən ediib. Qərara əsasən sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.


Amma görünən odur ki, Nəqliyyat Nazirliyi Tarif  Şurasının bu qərarı ilə razılaşmayaraq qiymətlərin artırılmasında təkid edir.

Hazırda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin yuxarı hədd tarifləri aşağıdakı kimidrr. 

 

Marşrut

Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(qəpiklə)

I

II

III

IV

1.

Şəhərdaxili

məsafədən asılı olmayaraq

20

2.

Şəhərətrafı və qəsəbələrarası

1 km-dən 15 km-dək (15 km daxil olmaqla)

20

15 km-dən 25 km-dək (25 km daxil olmaqla)

25

25 km-dən 30 km-dək (30 km daxil olmaqla)

30

30 km-dən 40 km-dək (40 km daxil olmaqla)

40

40 km-dən 45 km-dək (45 km daxil olmaqla)

50

45 km-dən 50 km-dək (50 km daxil olmaqla)

70

50 km-dən yuxarı

80

Şəhərlərarası marşrutlarda sərnişindaşıma tariflərinin yuxarı həddi 1,6 qəpik/km səviyyəsində müəyyən edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar