Modern.az

Prezidentin incəsənət xadimlərinə verdiyi mükafatın məbləği açıqlandı

Prezidentin incəsənət xadimlərinə verdiyi mükafatın məbləği açıqlandı

2 May 2013, 13:18

Dövlət başçısı İlham Əliyev dünən 131 incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az bu mükafatın məbləğinin nə qədər olduğunu araşdırıb.

“Prezident incəsənət xadimlərinə hər il mükafat verir və hər il də bu siyahı təzələnir”. Bu sözləri Modern.az saytına açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib. O, qeyd edib ki, hər ilin may ayında verilən mükafat 500 manat məbləğindədir.

”Gələn ilin may ayında o siyahı təzələnəcək. Orada köhnə siyahıdan qalanlar da ola bilər, yeniləri də əlavə oluna bilər”-deyə İ.Hümbətov bildirib.

Aytən ƏLİYEVA  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir