Modern.az

Nazirlikdə dəyirmi masa - FOTOLAR

Nazirlikdə dəyirmi masa - FOTOLAR

Aktual

2 May 2013, 13:10

Azərbaycanın görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olaraq, mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə «Əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti və qarşıda duran məsələlər» mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Sumqayıt Əlillərin Bərpa Mərkəzinin direktoru Şaban Eyvazov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctiмai Birliyinin sədri Mehdi Mehdiyev və digər əlil birliklərinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin ölkə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində misilisz xidmətlərindən söz açıblar.

Qeyd olunub ki, Heydər Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısı hər şeydən öncə yüksək humanizm nümunəsi olub. Əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən sosial strategiyanın daim başlıca hədəfinə çevrilib.

Tədbirdə əlillərin mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı, bərpa-müalicə sisteminin təkmilləşdirilməsi və digər istiqamətlərdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş tədbirlərdən ətraflı bəhs olunub, bu tədbirlərin möhtərəm Prezident  İlham Əliyevin diqqət və qayğısı sayəsində ilbəil geniş vüsət aldığı vurğulanıb. 

Dəyirmi masada əlillərin tibbi-sosial reabilitasiyası işinin mütərəqqi beynəlxalq təcrübəyə uyğun qurulması sahəsində qarşıda duran məsələlər də müzakirə edilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır