Modern.az

Azərbaycan ərazisinin 75 % 8 ballıq, 25% 9 ballıq seysmikliklə qiymətləndirilir

Azərbaycan ərazisinin 75 %  8 ballıq, 25% 9 ballıq seysmikliklə qiymətləndirilir

Ölkə

19 Mart 2010, 13:13

st1:*{behavior:url(#ieooui) }

Azərbaycanda layihəçilər və inşaatçılar üçün yeni normativ sənəd Az.DTN 2.3-1 “Seysmiki rayonlarda tikinti” qüvvəyə minib. Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitənin məlumatına görə, Azərbaycanın ərazisi yetərincə yüksək seysmikliklə xarakterizə olunur. Respublikanın ərazisinin təqribən 75 %  8 ballıq, 25%  isə 9 ballıq seysmikliklə qiymət-ləndirilir.

Komitə hesab edir ki, yerüstü binaların və yeraltı obyektlərin yerləşdirilməsi üçün, həmçinin şəhərsalma, memarlıq, mühəndisi və iqtisadi nöqteyi nəzərən ərazilərin seçilməsi və hər bir seçim seysmiki dayanıqlığın təminatı və şəhər qurğularının milli memarlığının saxlanılması üzrə tədbirlərin layihələri ilə əsaslandırılmalıdır. Bütün bunlar hamısı seysmik riskin azalmasına və şəhərlərin dayanıqlı inkişafına yeni keyfiyyətli və ciddi tələblər qarşıya qoyur.

Komitənin məlumatına görə, son illər karkas və daş binaların tikintisinin daha çox inkişaf etməsi ilə əlaqədar olaraq və bu gün respublikada mərtəbəliliyi 12-18 və daha çox mərtəbəyə qədər artırılan yaşayış binalarının tikintisinin inkişafından irəli gələn binaların seysmik təhlükəsizliyinin artması problemləri aktualdır. Respublikada çoxmərtəbəli binaların tikintisi əsasən monolit dəmir-beton çərçivə rabitəli, monolit rigelli örtük (sərt özəkli) şəklində həyata keçirilir.  “Azərbaycan suverenlik əldə etdikdən sonra da podratçılar və layihəçilər keçmiş SSRİ dövründə qüvvədə olan norma və qaydalara əsaslanmağı davam etdirirlər. Ancaq hazırda bizim ölkə tikintidə canlanma dövründədir. Əgər zəlzələnin yayılma sahələrinin xəritəsinə baxsaq, onda Qafqaz, o cümlədən Azərbaycan, bir çox digər ölkələr və regionlar kimi seysmik cəhətdən aktiv zonaya daxildir. Tələb olunur ki, texniki sənədləşmələrdə adekvat olaraq seysmiklik nəzərə alınmaqla yeni tikinti reallığı əks olunmalıdır”-deyə DTAK-dan bildirilib. Komitənin “Layihə işlərinin təkmilləşdirilməsi və elm” şöbəsinin müdiri M.Hüseynova bildirib ki, respublikamızın ərazisi üçün hazırlanmış yeni milli normativ sənəd olan  Az.DTN 2.3-1 “Seysmiki rayonlarda tikinti” kollektiv əməyin bəhrəsidir. Onun hazırlanmasında Memarlıq və İnşaat Universitetinin, Fövqəladə Hallar Nazirliyinin nəzdindəki layihə institutlarının nümayəndələri, həmçinin Azərbaycan Milli Elmilər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri də iştirak edib. Bu sənəd hazırlanarkən MDB ölkələrində qüvvədə olan normativ sənədlər təhlil edilib, respublikanın, həmçinin bir çox xarici ölkənin layihə təşkilatlarında toplanmış çox illik təcrübə nəzərə alınıb. Əgər əvvəlki normalara əsasən rabitəli-karkas sistemli yaşayış binalarının 12 mərtəbəyədək (hündürlüyü 39 m) inşasına yol verilirdisə, yeni normativə əsasən 16 mərtəbəyədək (hündürlüyü 58 m) inşasına yol verilir. Yeni milli normativdə binaların inşası zamanı seysmoizolyasiya tədbirlərinin yerinə yetirilməsi də nəzərdə tutulur ki, son illər qonşu regionlarda bu tədbirlər geniş tədbiq olunur. Seysmoizolyasiya tədbirlərinin tədbiqi seysmiki təsirlərin gücünü təqribən 1-2 ball aşağı salmağa imkan verir. Komitə tərəfindən layihələndirmə fəaliyyəti ilə əlaqədar digər milli normativlərin də hazırlanması işləri aparılır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?