Modern.az

Misir Mərdanov məktəblərdə mətbuat katibliklərinə ehtiyac duymur

Misir Mərdanov məktəblərdə mətbuat katibliklərinə ehtiyac duymur

19 Mart 2010, 13:31

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin orta məktəblərdə mətbuat xidmətinin yaradılması barədə təklifi təhsil naziri Misir Mərdanov tərəfindən etirazla qarşılanıb. Təklif münasibət bildirən nazir buna heç bir ehtiyacın olmadığını deyib: Martın 19-da jurnalistlərə açıqlamasında M.Mərdaniv bildirib: "Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətləri var və oradan yetərincə məlumat almaq olar".

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeçiliyində olan məktəblərdə mətbuat katibliklərinin yaradılacağını bəyan edib. Bu layihədə məqsəd mətbuatla məktəblərin əməkdaşlığını formalaşdırmaq, təhsil müəssisələrinə müraciət edən mətbuat orqanlarının qeydiyyatını aparmaq, məktəbin nailiyyətləri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir