Modern.az

Ziya Məmmədovun təklifinə “yox” deyildi

Ziya Məmmədovun təklifinə “yox” deyildi

Aktual

3 May 2013, 12:30

İqtisadi İnkişaf Nazirliyindən Modern.az-a verilən məlumata görə, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik olaraq saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb. Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aprelin 26-da keçirilmiş iclasında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxıb və tariflər dəyişdirilmədən əvvəlki səviyyədə saxlanılıb. Hazırda Tarif (qiymət) Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması Şuranın gündəmində deyil.

Tarif (qiymət) Şurasının bu qərarı 1 may 2013-cü il tarixdən qüvvədədir və Bakı şəhərində marşrutlar üzrə tariflər aşağıdakı kimidir:

Bakı şəhəri üzrə marşrut nömrələri Tarif (qəpiklə)

 

Gültəkin Ələsgər

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır