Modern.az

Nazirlik rəsmisi: “Azərbaycanda “Cırtdan və Təpəgöz” adlı cizgi filmi serialı çəkilir - MÜSAHİBƏ

Nazirlik rəsmisi: “Azərbaycanda “Cırtdan və Təpəgöz” adlı cizgi filmi serialı çəkilir - MÜSAHİBƏ

3 May 2013, 13:34

Azərbaycan telekanallarında milli cizgi filmlərinin vəziyyəti elə də ürəkaçan deyil. Azərbaycanın balaca tamaşaçılarının öz milli cizgi qəhrəmanı yoxdur. Bu mövzu ilə bağlı Moden.az-ın suallarına Mədəniyyət və Turizm Nazirliyinin Kinemotoqrafiya şöbəsinin müdürü Yusif Şeyxov cavab verib.

- Yeni cizgi filmləri çəkilirmi? Bu il çəkiləcək fimlərin siyahısında heç olmasa bir dənə də olsun cizgi filmi varmı?

- Cizgi filmlərinə maraq var və həmişə də olub. Bu ilin film siyahısında 3 cizgi filmi var. Bunlardan birinci “Ən güclü kimdir?”adlı cizgi filmidir. Bu cizgi filminin çəkilişinə artq başlanılıb. İkincisi “3 dost” şirkəti “Cırtdan və Təpəgöz” mövzusunu davam ettirir. Üçüncüsü də  Cavid Əhədov adlı gənc rejissor “Azanfil” studiyası ilə birgə bir cizgi filmi hazırlayır.

- Niyə bizdə cizgi filmərinin çəkilişinə dövlət tərəfindən ciddi maliyyə vəsaiti ayrılmır?

- Dövlət buna artıq kifayət qədər vəsait ayırıb.

- Amma balaca tamaşaçıların hazırda öz milli personajı yoxdur. Hansısa yeni populyar personajlar yaradılacaqmı?

- Bəli, “Cırtdan və Təpəgöz” cizgi filmi seriala çevrilməyə başlayacaq. “Azanfilm” məxsusi olaraq cizgi filmlərinin istehsalı ilə məşqul olan şirkətdir.

- Bu sahədə hansı problemlər var?

- Cizgi filmləri sahəsində üzləşdiyimiz problemlərdən biri gənc kadrlarla bağlıdır. Cizgi filmlərinin istehsalı çox uzun vaxt aparır, aylarla, elə olur il çəkir. Cizgi filmləri artıq müasir qrafika üsulları ilə, kompüter texnoloqiyaları ilə çəkilir, bu işləri də yaxşı bilən cavanlardır. Kompüter texnologiyalarını bilən gənclər isə müxtəlif mərkəzlərdə, özəl şirkətlərdə işləyirlər və daha çox pul qazanırlar. Biz isə təəssüflər ki o qədər pul verə bilmirik və bu səbəbdən də sözügedən sahədə çətinliklərlə üzləşirik. ”Azanfilm” studiyasına Arif Əhmədov yeni direktor təyin olunub. Gənc və istedadlı bir rejissordur, ətrafına bu sahədə istedadlı adamları toplayır və artq müəyyən nailiyyətlər də ələ olunub.

Günəş FƏRHADLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir