Modern.az

«BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev» adlı müsabiqə iştirakçıları mükafatlandırıldı

«BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev» adlı müsabiqə iştirakçıları mükafatlandırıldı

Aktual

3 May 2013, 14:39

Bu gün Bakı Dövlət Universitetində görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə BDU Elmi kitabxanasının və elmi biblioqrafiya-informasiya şöbəsinin təşkil etdiyi və ulu öndərə həsr olunmuş sərgiyə baxış olub.

Modern.az-ın verdiyi xəbərə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. Rektor deyib ki, Bakı Dövlət Universiteti də bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir:

“Biz fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub. Bu gün Heydər Əliyevin siyasi kurs ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu siyasətə sadiq qalacaq”.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov isə çıxışında bildirib ki, bu günlərdə ölkənin hər bir yerində qeyd edilən Heydər Əliyevin yubiley tədbirlərinin hər biri onun xatirəsinə xalq tərəfindən verilən hörmət və etibarın bariz nümunəsidir.

İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və filologiya fakültəsinin magistri Kəramət Nəcəfzadə çıxış ediblər. Sonra çıxış edən Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova BDU-nun Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Respublika Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında keçirdiyi «BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev» adlı müsabiqə haqqında məlumat verib və qalibləri elan edib.

1-ci yerin qalibi: (Mükafat məbləği 500 manat)

Əməkdar jurnalist Flora Xəlilzadə. «Azərbaycan» qəzetinin əməkdaşı.“Heydər Əliyev və Zəngəzur” məqaləsinə görə.

II yerin qalibləri: (Mükafat məbləği 300 manat

Məlahət Rzayeva­. «Şərq» qəzetinin əməkdaşı. «Heydər Əliyevin universiteti» məqaləsinə görə

Sevinc Qarayeva. “525-ci qəzet”in əməkdaşı. “BDU dahi məzununun və böyük qayğıkeşinin 90 illiyini uğurla qeyd edir” məqaləsinə görə

III yerin qalibləri:(mükafat məbləği 200 manat) 

Rufik İsmayılov. «Kaspi» qəzetinin əməkdaşı. «Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu Heydər Əliyev” məqaləsinə görə.

Nurlan Qələndərli. «Yeni Azərbaycan» qəzetinin əməkdaşı. "Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Bakı Dövlət Universiteti özünün inkişaf dövrünü yaşayır" məqaləsinə görə. 









Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir