Modern.az

Mehriban Əliyeva “Eurovision Bakıda” filminin və kitabının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Eurovision Bakıda” filminin və kitabının təqdimatında iştirak edib

3 May 2013, 19:15


Bu gün Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan “Eurovision Bakıda” filminin və kitabının təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Təşkilat komitəsinin üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” Mahnı Müsabiqənin hazırlıq prosesindən danışılıb, ölkənin müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.

Tədbirin davamında müsabiqəyə hazırlıq proseslərinin geniş yer aldığı “Eurovision Bakıda” filmi nümayiş olunub.

Filmdə «Baku Crystal Hall»ın tikintisindən tutmuş müsabiqəyə hazırlıq prosesi, təmsilçilərin və nümayəndə heyətlərinin, Avropa Yayım Birliyi rəhbərlərinin Azərbaycanın yüksək səviyyədə ev sahibliyi ilə bağlı fikirləri yer alıb.

“Eurovision Bakıda” adlı kitab da ümumilikdə müsabiqənin hazırlığına və təşkilinə həsr olunub. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir