Modern.az

Mikayıl Cabbarov jurnalistlərin qarşısına çıxır

Mikayıl Cabbarov  jurnalistlərin qarşısına çıxır

Aktual

4 May 2013, 11:19

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev 90” adlı inşa müasbiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilir. 
Modern.az xəbər verir ki, tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Yeni Azərbaycan Partiyasının icra katibi sədr müavini, Milli Məclisin üzvü Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, dövlət nümayəndələri, millət vəkilləri, rektorlar, müəllimlər və inşa müsabiqəsinin qalibləri iştirak edirlər.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edib. O bildirilib ki, Heydər Əliyevin 90 illiyi ilə bağlı məktəblilərin inşa yazı müsabiqəsinin keçirilməsi mühüm əməhiyyətə malikdir.

Nazirin sözlərinə görə, belə müsabiqə artıq 7-ci dəfədir təhsil nazirliyi tərəfindən keçirilir. “Bu il Heydər Əliyevin 90 illiyinə həsr olunmuş inşa müsabiqəsində 85 şagirdin müfafatlandırılması qərara alınıb.Bunlardan 8-i birinci, 7-si 2-ci, 16 şagird isə 3-cü yerə layiq görülüb. 54 şagird isə həvəsləndirici yerə layiq görülüb. Bu tədbirin təşkilində Heydər Əliyev Fonduna, Yeni Azərbaycan Partiyasına, Həmkarlar İttifaqı Konfendrasiyasına və eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təşəkkür edirəm”-deyə nazir bildirib.

Təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə mətbuat nümayəndələrinə bildirib ki, tədbirdə sonra yeni təhsil naziri ilk dəfə jurnalistlərlə brifinq keçirəcək.

Aytən Əliyeva 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?