Modern.az

Lütfi Zadə bu dəfə də Rafiq Əliyevdən danışıb

Lütfi Zadə bu dəfə də Rafiq Əliyevdən danışıb

4 May 2013, 11:21

Tanınmış beynəlxalq elm jurnalı olan “Advances in Fuzzy Systems”  jurnalının  xüsusi buraxılışı tamamilə  professor Lütfi Zadəyə həsr olunub. Lütfi Zadə bu buraxılışa ön söz yazıb. Onun ön sözünü  kiçik ixtisarla oxuculara təqdim edirik. Qeyd edək ki, təqdim olunan hissə qeyri-səlis məntiq və Azərbaycanlı alim Rafiq Əliyevə həsr olunub. Moderna.az ilk dəfə olaraq həmin çıxışı sizlərə təqdim edir.

Qeyri-səlis məntiqin banisi Lütfi Zadənin ön sözü

- Mən «Hindawi Publishing Corporation» nəşriyyatı tərəfindən nəşr olunmuş  «Advances in Fuzzy Systems» jurnalına «Special Issue on Real-Life Applications of Fuzzy Logic» xüsusi buraxılışını  mənə həsr etdiklərinə görə səmimi qəlbdən minnətdaram.

Kiçik tarixi ekskurs ilə başlamaq istərdim. 1965-ci ildə  qeyri səlis çoxluqlara həsr olunmuş məqələmi yazmağımın əsas səbəbi o idi ki, o zaman mövcud olan nəzəriyyələr reallığın çox yayılmış aspektləri ilə - qeyri səlisliyin müxtəlif tipləri ilə işləməyə qadir deyildilər.

70-ci illərin sonu - 80-cı illərin əvvəllərində qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ilk əhəmiyyətli tətbiqləri görünməyə başladı. Bu tətbiqlərin əsas hissəsi qeyri-səlis idarəetmə sistemlərinin qurulması sahəsində araşdırmalarda təqdim olunub.

Son iki onillik qeyri-səlis məntiqin tətbiqi sahəsində  əhəmiyyətli dəyişikliklərlə fərqlənir. Onun tətbiqləri mühəndislik sahəsindən əlavə başqa sahələrdə də xeyli artıb. Belə tətbiqlər arasında - tibbdə, sosial elmlərdə, siyasi elmlərdə,  kredit qabiliyyətinin təhlilində və iqtisadiyyatda olan tətbiqləri göstərmək olar.

Professor Rafiq Əliyevin qeyri-səlis məntiqə əsaslanan iqtisaqiyyatda qərarların qəbulu sahəsində yeni elmi istiqamət açan işini xüsusi qeyd etmək istərdim. Tezliklə onun işi başa düşüləcək və şübhəsiz ki, iqtisadi nəzəriyyəyə  mühüm təsir göstərəcəkdir.

Qeyri-səlis məntiqin real tətbiqinin başlıca prinsiplərinə fikir vermək lazımdır. Demək olar ki, bütün qeyri-səlis məntiqin real tətbiqi linqvistik dəyişəndən istifadəyə əsaslanır. Linqvistik dəyişən - rəqəmlə deyil, sözlə ifadə olunan dəyişəndir.

Sonda bir az da sözlə hesablama (SH) metodologiyası haqqında. Sözlə hesablamanın özülünü linqvistik dəyişən təşkil edir. Sözlə hesablama, təbii dildə formalaşdırılmış informasiyanın işlənməsi, hesablama məsələlərinin riyazi həllərinin qurulmasına yol açır. Yəqin ki, yaxın illərdə sözlə hesablama qeyri-səlis məntiqin  real tətbiqinin artmasında və inkişafında  mühüm rol oynayacaq.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi