Modern.az

Eyfel qülləsini satan dələduz - MARAQLI

Eyfel qülləsini satan dələduz - MARAQLI

İqtisadiyyat

4 May 2013, 12:48


Fransız mühəndisi Qustav Eyfel öz qülləsini yaradarkən heç düşünməmişdi ki, bu unikal qurğu dünyaya belə səs salacaq. Əslində Eyfel qülləsi 1889-cu ildə Fransız inqlabı günü ilə eyni tarixdə keçirilən beynəlxalq sərgi üçün eksponat qismində tikilib və 20 il müddətinə nəzərdə tutulmuşdu. Müsabiqəyə təqdim olunmuş coxsaylı layihələr içərisindən Aleksandr Qustav Eyfelin proyekti qalib gəldi.

1889-cu ildə rəsmi açılış zamanı Eyfel qülləsi dünyanın ən hünür tikilisi oldu. Qüllənin hündürlüyü 324 metrdir. 1920-ci ildə, yəni 41 il ötdükdən sonra “Kraysler” göydələni Eyfel qülləsini ikinci pilləyə endirərək, dünyanın ən hündür tikilisi oldu.

Eyfel qülləsinin inşası zamanı 9441 ton qaynaq dəmiri istifadə olunub. Bu qülləni yaratmaq üçün ümümilikdə 18038 dəmir parça qaynaqla birləşdirilib.

Qüllənin nəhəng hündürlüyünə baxmayaraq, tikinti zamanı sadəcə bir işçi qüllədən yıxılaraq həyatını itirib.

Qüllənin yarandığı tarıxdən bu yana, requlyar şəkildə qüllədən tüllanmaq halları olur. 2010-cu ildə isə dünya rekordu baş tutub. Tay Kris Eyfel qülləsinin ikinci mərtəbəsindən tullanıb.

1912-ci ildə bir ixtirçı palto-paraşut ixtira edib, onu yoxlamaq qərarına gəlib, Eyfel qülləsinin üçüncü mərtəbəsindən tullananda isə palto-paraşut açılmadığından o,  həyatını itirib.

Texniki tərəqqinin inkişafına baxmayaraq Eyfel qülləsini hələ də adı boya fırçalar ilə rəngləyirlər. Qüllə boz rəngin üç çalarında boyanıb və hər 7 ildən bir yenilənir.

Eyfel qülləsinin birinci və ikinci platformalarında restoranlar var. Birinci platformada olan restoran yerdən 95 metr hündürlüyündə yerləşir. İkinci platformada olan restoran ”Jül Vern” adlanır.

İkinci Dünya Müharibəsi zamanı fransızlar Paris almanlar tərəfindən işğal olunmazdan əvvəl qüllənin bütün liftlərini sındırıblar. Bu, işğalçıların dağılmş Paris mənzərəsinə baxıb həzz ala bilməmələri üçün edilib. Lakin bu, almanları durdura bilməyib. Hitler özü şəxsən piyada qüllənin zirvəsinə çıxaraq, şəhərin dağılmış mənzərəsindən zövq alıb.

Dünyada Eyfel qülləsinin bir çox kiçildilmiş variantları mövcuddur. Las-Veqasda, Kopenhagendə, Varnada və bir çox şəhərlərdə...

1925-1934 cü illərdə qüllənin dörd bir tərəfi “Ctroen” şirkətinin reklam şitləri ilə örtülüb. Bu ən böyük xarici relam idi.

1920-ci ildə Viktor Lyustinq adlı dələduz Eyfül qülləsini metallom alışı ilə məşğul olan bir şirkətə satıb. Sonra məlum olub ki, dələduz şirkəti aldadıbmış.

Hahazrda Eyfel qülləsi rəsmi olaraq Paris şəhərinin mülkiyyətindədir. Müqavilə ilə ona «Societe d’exploitation de la Tour Eiffel” şirkəti baxır. Ümumilikdədisə qüllə mövcud olduğu ilər ərzində 20 dəfədən çox satılıb.

Günəş FƏRHADLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi