Modern.az

“Azercell” ötən ilin yekunlarını açıqladı (fotolar)

“Azercell” ötən ilin yekunlarını açıqladı (fotolar)

Ölkə

19 Mart 2010, 16:16

Yarım milyard dollar gəlir, 150 milyon vergi, 60 milyon sərmayə

 

 

“Azercell Telekom” MMC Azərbaycanda mobil rabitə bazarının 57,6 %-nə nəzarət edir. Şirkətin abonentlərin sayı 2009-cu ilə 3 milyon 850 min nəfər olub. 2009-cu il boyunca şirkət ölkəmizin telekommunikasiya sahəsinin inkişafına təqribən 57,9 milyon ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 13 il ərzində isə 1 milyard ABŞ dollara yaxın investisiya yatırıb. Modern.az xəbər verir ki, bu rəqəmlər martın 19-da “Azercell Telekom” MMC rəhbərliyinin keçirdiyi mətbuat konfransında açıqlanıb.

 

Şirkətin prezidenti Ali Ağan bildirib ki, “Azercell” hələ də Azərbaycanın qeyri-neft sektorunda ən iri sərmayədar olaraq qalır. Bunu səsləndirdiyi rəqəmlərlə sübut edən cənab Ağan ötən il şirkətin yarım milyard ABŞ dollarına yaxın bir məbləğdə gəlir əldə etdiyini, dövlət büdcəsinə təqribən 150,7 milyon ABŞ dolları ödədiyini bildirdi. Onun sözlərinə görə, 2009-cu ildə “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 2,7 % təşkil edib. Şirkət ötən il ərzində müxtəlif sosial layihələrin gerçəkləşməsinə 1,8 milyon ABŞ dolları həcmində sosial sərmayə yatırıb.

Konfransda keçirilən təqdimat mərasimində bildirilib ki, 2009-cu il ərzində “Azercell” təxminən 20-yə yaxın kampaniya keçirib. Həmçinin ötən ilin  mükafatlar baxımından da “Azercell” üçün zəngin keçdiyi vurğulanıb.  İl ərzində bu qurum “İlin Biznes Lideri”, “İlin Şirkəti”, “İlin telekommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyətli Şirkəti” kimi adlara layiq görülüb. “EPSİ Research Services” sorğusunda yüksək göstəricilərlə lider olan “Azercell” həmçinin “TeliaSonera” şirkətlər qrupunda bazar payı və fəaliyyətin səmərəliliyi üzrə qabaqcıl yerlər tutub.

Ali Ağan yaxın vaxtlarda 3G-nin tətbiqi ilə bağlı lisenziyanın alınacağına ümid etdiyini deyib: “Azərbaycan bazarı buna çoxdan hazırdır. Bu sistem tətbiq olunan kimi DATA xidmətlərinin qiymətlərində çox böyük endirimlərin şahidi olacaqsınız”. 

Şirkətin prezidenti bu il ərzində Bakıda və regionlarda 10 “Azercell Ekspress” ofislərinin açılacağını da bildirib.

 

 

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir