Modern.az

“Azercell”in “JurnalistCell”i olacaq

“Azercell”in “JurnalistCell”i olacaq

19 Mart 2010, 16:34

“Azercell” media işçiləri üçün xüsusi tarif paketi hazırlaya bilər

 

“Azercell” media işçiləri üçün nəzərdə tutulan kampaniya keçirə bilər. Bu haqda şirkətin prezidenti Ali Ağan 2009-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.  Məlumdur ki, “Azercell Telekom” MMC cəmiyyətin müxtəlif təbəqələrinə hesablanmış kampaniyalar keçirir, müxtəlif qrup insanların öz aralarında daha ucuz tariflərlə danışması üçün xüsusi şəbəkələr yaradır. Korporativ müştərilər üçün BizKlub, dövlət orqanları əməkdaşları üçün yeni yaradılmış DövlətCell buna misaldır. Modern.az saytının nümayəndəsinin sualının cavabında Ali Ağan bildirib ki, peşələri ilə əlaqədar mobil rabitədən çox istifadə edə jurnalistlər üçün də bu cür xüsusi tarif paketi yaradıla bilər: “Mən elə bu gün marketinq şöbəsinə belə bir kampaniya hazırlamaq haqqında göstəriş verəcəyəm”.

 

F.Sabirqızı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi