Modern.az

Əli Həsənov deputatı işdən çıxardı - EKSKLÜZİV

Əli Həsənov deputatı işdən çıxardı - EKSKLÜZİV

Ölkə

6 May 2013, 10:39

Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxarıb.

Onun yerinə isə Fərhad Təhmazov təyin olunub.

Bunu Modern.az saytına qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da təsdiqləyib.

Modern.az saytının digər mənbədən əldə etdiyi məlumata görə bir neçə gün öncə Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub. Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbləşən komitə sədri elə iclasdaca millət vəkilini işdən çıxarıb.

Digər məlumata görə indiyədək küçkünlər üçün tikilən binalarla bağlı artıq yoxlamalara başlanılıb.

Qeyd edək ki, bu günə kimi qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsinə Ayaz Orucov rəhbərlik edib, o həm də Beyləqandan deputat seçilib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür