Modern.az

TQDK-dan dünənki sınaq imtahanı ilə bağlı AÇIQLAMA

TQDK-dan dünənki sınaq imtahanı ilə bağlı AÇIQLAMA

6 May 2013, 10:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ötən gün keçirilən sınaq imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda cavab kartları yoxlanılır.

İlkin məlumatlara görə, mayın 5-də keçirilən sınaq imtahanlarının nəticələri bu həftənin çərşənbə günü açıqlanacaq.

Qeyd edək ki, dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonları da daxil olmaqla respublikanın 31 şəhər və rayonunda sınaq imtahanı  keçirilib.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir