Modern.az

Prezidentin kürəkəni günahsız imiş

Prezidentin kürəkəni günahsız imiş

Dünya

19 Mart 2010, 17:24

Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə mübarizə Agentliyi ölkə başçısı  Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevin korrupsiya ittihamlarında  günahsız olduğunu müəyyən edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Bankının Direktorlar Şurasının keçmiş başçısı Muxtar Ablyazov irimiqyaslı neft müqavilələrinin imzalanması gedişində Kulibayevin rüşvət almasına dair iddia ilə çıxış edib. Korrupsiya ilə mübarizə agentliyi isə müvafiq yoxlamalardan sonra  prezident kürəkəninin rüşvət qalmaqalında əli olmadığını aşkar edib. Qazaxıstandan verilən məlumata görə, Kulibayevə qarşı hər hansı cinayət işi açılmayacaq.

 

Xatırladaq ki, cari ilin əvvəllərində Ablyazov neft sahəsində qanun pozuntularına dair ölkənin hüquq-mühafizə orqanlarına, siyasi partiyalara məktub göndərib. Məktubda Timur Kulibayevin də adı çəkilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir