Modern.az

Sərdar Cəlalaoğlu: “Əli Kərimlinin namizədliyini geri götürəcəyinə qəti inanmıram"

Sərdar Cəlalaoğlu: “Əli Kərimlinin namizədliyini geri götürəcəyinə qəti inanmıram"

6 May 2013, 12:44

“İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov üzdə mehriban görünsələr də, onların münasibətləri qeyri-səmimidir” Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri  aparıcı müxalifət liderlərini tənqid edərək bildirib ki, onlar yalnız öz maraqları naminə mübarizə aparırlar.

“Mən bu adamların üçünü də yaxşı tanıyıram, onların  münasibətlərini də bilirəm. Azərbaycanda siyasi nəticələrin əldə edilməməsinin ən böyük səbəbi liderlərin qeyri-səmimi münasibətidir. Sadəcə olarq indiki halda maraqlar üst-üstə düşdüyünə görə, bir yerdədilər. Bu da müəyyən yerə qədərdir. Maraqları toqquşan anda da ayrılacaqlar”-deyə partiya sədri vurğulayıb.

S.Cəlaloğlu daha sonra AXCP sədri Əli Kərimlinin öz namizədliyini Eldar Namazovun xeyrinə geri götürəcəyi haqda fikirlərə də münasibət bildirib:

“Qətiyyən inanmıram ki, Əli Kərimli öz namizədliyini kiminsə xeyrinə geri götürsün. Bunların heç biri  heç kiminb xeyrinə namizədliklərini geri götürməzlər. Ola bilsin ki, Əli bəy namizədliyini hələ elan etmək istəmir. Yəqin istəyir ki, onu bir partiya yox, böyük bir qrup müdafiə etsin.”.

ADP sədri həmçinin Milli Şura məsələsinə toxunaraq bu ideyanı İctimai Palata üstəgəl Eldar Namazov adlandırıb.

“Milli Şura ideyasının özü çox yaxşıdır. Təəssüf ki, onun həyata keçirilməsi prosesi qeyri-şəffafdır. Buna Milli Şura demək olmaz, Bu daha çox İctimai Palata üstəgəl Eldar Namazovdur”.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi