Modern.az

"Siz məni o qədərmi zəif adam sayırsınız ki, bu suala açıq cavab verim?"

"Siz məni o qədərmi zəif adam sayırsınız ki, bu suala açıq cavab verim?"

6 May 2013, 13:18

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 6-da jurnalistlərə açıqlama verib. "Mediaforum"un məlumatına görə, Ə.Həsənov prezident seçkisi ili olan 2013-cü ildə Azərbaycana xaricdən müdaxilələr olduğunu vurğulayıb: “2003-cü ilin prezident seçkisi zamanı da belə müdaxilələr vardı. Ancaq bu dəfə müdaxilələr iki il əvvəldən başlayıb. On il əvvəl bu müdaxilələr heç bir nəticə vermədi. Xalq Azərbaycan dövlətinin gücünü sübut etdi. Çox ciddi daxili və xarici müdaxilələrə baxmayaraq xalqın çox böyük fəallığı ilə İlham Əliyev prezident seçildi. İndi də müdaxilələr vəziyyəti dəyişə bilməz”.

Əli Həsənov “Müdaxilələr haradan gəlir” sualını belə cavablandırıb: “Siz məni o qədərmi zəif adam sayırsınız ki, bu suala açıq cavab verim? Hamı yaxşı bilir müdaxilələr haradan gəlir. Bu müdaxilələr Azərbaycanın güc mərkəzinə çevrilməsinə qısqanc yanaşmadan doğur”.

“Ötən həftə jurnalistlərə açıqlamanızda 2003-cü ilin prezident seçkisi zamanı bəzi məmurların çaşqınlıq vəziyyətində olduğunu, mövqe sapmalarına yol verdiyini demisiniz. Bu il vəziyyət necədir” sualını cavablandıran baş nazir müavini deyib: “Bu il aydınlıq var. Hesab edirəm ki, 2003-cü ildə özünü birmənalı aparmayan bəzi şəxslər özləri üçün nəticə çıxarıblar”.
 

  Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir