Modern.az

İsmayıllının icra başçısı Alim Qasımovu rayona dəvət etdi

İsmayıllının icra başçısı Alim Qasımovu rayona dəvət etdi

6 May 2013, 13:59


Azərbaycanın xalq artisti Alim Qasımov İsmayıllı rayon icra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla görüşüb.

Modern.az-ın məlumatına görə, Alim Qasımov qızı Fərqanə ilə birgə mərhum prezident Heydər Əliyevin 90 illik yubileyilə bağlı İsmayıllıda konsert verib.

Konsertdən sonra xalq artisti İsmayıllı ictimaiyyəti ilə görüşüb. İsmayıllıda görülən yenidənqurma işləri ilə tanış olub. İcra başçısı Mirdamət Sadıqov Alim Qasımova bildirib ki, 3 ay ərzində əsaslı yenidənqurma işləri aparılacaq və ondan sonra müğənnini yenidən rayonda görmək istəyirlər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!