Modern.az

Azərbaycanda tanınmış müğənni həbs edilib

Azərbaycanda tanınmış müğənni həbs edilib

6 May 2013, 15:39


Azərbaycanın tanınmış müğənnisi həbs edilib. 
APA- nın məlumatına görə, Tunar Rəhmanoğlu yol polisinin mayın 4-də keçirdiyi reyd zamanı saxlanılıb. Polisin qanuni tələbinə məhəl qoymayan müğənni idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib. Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T. Rəhmanoğlu yol polisinə müqavimət göstərib.

Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T. Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar.

Məhkəmənin qərarı ilə T. Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.

  Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər