Modern.az

Nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri aşkarlandı

Nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri aşkarlandı

Təhsil

6 May 2013, 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci il tarixdən 1 mart 2013-cü il tarixədək olan dövrü əhatə edən müddət ərzində aparılmış araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin  hesablanması və  ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara  yol verilərək ümumilikdə 2 milyon 236 min  manat məbləğində vəsaitin mənimsənilməsi aşkar edilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə  idarəsi tərəfindən aparılmış müvafiq araşdırmalarla həmin xüsusatlar təsdiqini tapdığından fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.   Respublika Prokurorluğundan Modern.az-a verilən məlumata görə, hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir