Modern.az

“İraq prezidenti Qarabağı müzakirə etməyə imkan vermədi”- TARİX

“İraq prezidenti Qarabağı müzakirə etməyə imkan vermədi”- TARİX

6 May 2013, 16:28

“Tələbaninin mikrofonunu söndürsələr də o elə hey danışırdı”

“İraq prezidenti Cəlal Tələbaninin 2010-cu ildə Parisdə keçirilən Sosialist İnternasionalının iclasında çıxışı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirəyə imkan verməyib”. Bu sözləri Modern.az-a açıqlmasında ASDP sədri Araz Əlizadə təmsil olunduğu beynəlxalq qurumda Azərbaycanın probleminin müzakirəsi ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, 2010-cu ildə Parisdə keçirilən Sosintren iclasında Qarabağla bağlı mövzunu müzakirəyə çıxarmalı idi.
“Amma İraq prezidenti Təlabani reqlamentə əməl etmədiyi üçün məsələ reallaşmayıb. “Parisdə keçirilən konfransda İraq prezidenti Cəlal Təlabani 5 dəqiqə əvəzinə 45 dəqiqə danışdı. İclasın proqramında Qarabağ münaqişəsi ilə bağlı 40 dəqiqə müzakirə aparmaq nəzərdə tutulurdu. Onun mikrofonunu söndürsələr də o elə hey danışırdı”-deyə A. Əlizadə qeyd edib.

Bununla yanaşı partiya rəsmisi bildirib ki, hələ 1995-ci ildə Qarabağ münaqişəsi ilə bağlı solçu qüvvələrin beynəlxalq təşkilatı Budapeştdə keçirilən iclasında qərar qəbul edib. “Bu sənəddə Ermənistan işğalçı dövlət kimi tanınıb. Burada qeyd olunub ki, Azərbaycanın bütün vasitələrdən istifadə edib, ərazilərini işğaldan qurtarmaq ixtiyarı var”-deyə A.Əlizadə vurğulayıb.

Düşmən ölkənin millətçi partiyası “Daşnaksütyun”un Sosinternə üzvlüyünə aydınlıq gətirən A. Əlizadə bu təşkilatın sosial -demokratiya ilə heç bir əlaqəsinin olmadığını qeyd edib. “ Daşnaksütyun” millətçi sosialistdir. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, Sosintern yarananda bu partiya ora üzv olub. Ona görə də biz heç bir şey edə bilmirik. “Daşnaksütyun”un statusu bizdən yüksəkdir”-deyən ASDP sədri bildirib ki, axırıncı dəfə  Bakıda keçirilən MDB ölkələri Qara dəniz hövzəsi Cənubi Qafqaz Komitəsinin iclasında Qarabağ məsələsi müzakirə olunub.

Qeyd eək ki, ASDP dünya sol və sosialist partiyalarının beynəlxalq ittifaqı olan Sosialist İnternasionalının (Sosinetrn) üzvüdür. Burada həmçinin Rusiyanın “Ədalətli Rusiya”, Türkiyənin Cümhuriyyət Xalq Partiyası və Ermənistandan “Daşnaksütyun” da təmsil olunur.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir