Modern.az

Partiya sədri liderlərə sataşdı: “Məşdibad demişkən, qızın üç namizədi var”

Partiya sədri liderlərə sataşdı: “Məşdibad demişkən, qızın üç namizədi var”

6 May 2013, 17:51

Daha bir müxalifət partiyası Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şuraya qarşı çıxdı. Modern.az-ın məlumatına görə, prezidentliyə namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şuranın yaradılması istiqamətində görülən işlərə münasibət bildirərək, aparıcı müxalifət liderlərinə sataşıb.

Ə.Oruc müxalif liderlərə məşhur Məşədi İbad personasının dili ilə irad tutub: “Təsəvvür edin Şura yoxdu, amma sədrləri var, şura yoxdu, amma danışıqları aparan hər üç adamın həmsədrliyi müəyyənləşib. Dədə-babadan görünüb ki, sədri camaat yığışıb seçər. Bunlar özlərini həmsədr təyin ediblər, camaata da deyəcəklər ki, bəs üçümüz də sədrik. Məşədi İbad demişkən "qızın üç namizədi var".
Belə bir deyim var: Allah birisinə qəzəblənəndə ağlını əlindən alır. Allahın bizim həmsədrlərə yazığı gəlsin. Böyük Birlik yaradırdılar, Üçlük çıxdı,…”-deyə Ə.Oruc liderlərə söz atıb.

A.RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır