Modern.az

Orta məktəblərin buraxılış imtahanlarında qiymətləndirmə QAYDALARI dəyişdirildi

Orta məktəblərin buraxılış imtahanlarında qiymətləndirmə QAYDALARI dəyişdirildi

Təhsil

6 May 2013, 18:29

Azərbaycanda biliyin yekun qiymətləndirilməsinin (attestasiya) imtahanlarının həyata keçirilməsinin müvəqqəti qaydalarında dəyişikliklər edilib. Bu barəaə TQDK-dan məlumat verilib.

Mayın 2-də TQDK tərəfindən Komissiyanın 2012-ci il 10 may   tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər olunub. Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qərara əsasən, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda 1.7, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 4.1, 4.2, 4.3, 4.4, 4.6, 4.7-ci bəndlərində “qeyri-kafi” sözü “2” sözü ilə əvəz edilib.  

 2.5.-ci bənddə verilmiş cədvəl aşağıdakı cədvələ dəyişdirilib:
 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı













Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

Tam orta

2

0-7

0-7

0-7




3

8-17

8-17

8-16




4

18-25

18-25

17-24




5

26-30

26-30

25-30

Ümumi orta

2

0-7

0-7

0-7




3

8-16

8-16

8-16




4

17-23

17-23

17-22




5

24-30

24-30

23-30

Dəyişikliyə əsasən, qaydaların 3.1, 3.2, 3.4 və 3.5-ci bəndlərində “tam  orta təhsil səviyyəsini” sözləri “ümumi orta və tam  orta təhsil səviyyələrini” sözləri ilə əvəz edilib.

Qaydalardan 3.6-cı bənd çıxarılıb. Həmin bənd buraxılış və buraxılışdan əvvəlki siniflərdə fənn olimpiadalarının respublika turunda birinci yer tutduğuna, məktəblilərin dünya fənn olimpiadalarında, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışlarda iştirak etdiyinə, imtahanlar dövründə digər beynəlxalq səviyyəli idman və bilik yarışlarında iştirakına, səhhətinə, sağlamlıq vəziyyətinə, tədris dilinə, xüsusi təhsil müəssisələrində təhsil aldığına görə müvafiq qaydada buraxılış imtahanından azad edilmiş şagirdlərin bütün fənlər üzrə attestasiyasını nəzərdə tuturdu.

Beləliklə, tam və orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 0-7 suala düzgün cavab verdikdə şagirdlərin biliyi "iki" ilə qiymətləndiriləcək. Ötən il isə şagirdlər 0-4 suala cavab verdikdə "iki alırdılar. Bununla yanaşı, artıq 11-ci sinif şagirdləri "üç" qiyməti almaq üçün ana dilindən 8-17, rus dilindən 8-16 suala cavab verməlidirlər. Ötən il isə 11-ci sinif şagirdləri şagirdlər ana dilindən 5-16, riyaziyyat fənnindən isə 5-15 suala düzgün cavab verdikdə "üç" qiyməti alırdılar. 11-ci sinif şagirdləri "dörd" qiyməti almaq üçün ana dili fənni üzrə 18-25, riyaziyyat fənni üzrə 17-24, "beş" qiyməti almaq üçün isə ana dili fənni üzrə 26-30, riyaziyyat fənni üzrə 25-30 suala düzgün cavab verməlidirlər.

9-cu sinif şagirdləri ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 0-7 suala düzgün cavab verdikdə şagirdlərin biliyi "iki" ilə qiymətləndiriləcək. Ötən il isə şagirdlər 0-4 suala cavab verdikdə "iki" alırdılar. 9-cu sinif şagirdləri "üç" qiyməti almaq üçün ana dilindən 8-16, rus dilindən isə 8-16 suala düzgün cavab verməlidirlər. Ötən il isə 9-cu sinif şagirdləri ana dilindən 5-14, riyaziyyat fənnindən 5-14 suala düzgün cavab verdikdə "üç" qiyməti alırdılar. 9-cu sinif şagirdləri "dörd" qiyməti almaq üçün ana dili fənni üzrə 17-23, riyaziyyat fənni üzrə 17-21, "beş" qiyməti almaq üçün isə ana dili fənni üzrə 24-30, riyaziyyat fənni üzrə 23-30 suala düzgün cavab verməlidirlər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır