Modern.az

Ağ evin söyüşkən rəhbəri

Ağ evin söyüşkən rəhbəri

21 Mart 2010, 13:18

Ağ ev administrasiyasının rəhbəri Rom Emmanuel rəsmi dairələrdə söyüşkən adam kimi tanınır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, danışığında  bol-bol qeyri-etik  ifadələr işlədən Emmanuel bu qüsurunu etiraf etməyə hazır olduğunu bildirib. Bir qədər əvvəl Emmanuel prezident Barak Obamanın qanunvericilik təşəbbüslərini dəstəkləməkdən imtina edən demokrat siyasətçini tənqid edərək onun ünvanına qeyri-senzur, təhqiredici ifadələr işlədib. Bu sözlərinə görə Emmanuel üzr istəməli olub.

 

 

“Mən doğrudan da söyüşsüz keçinə bilmirəm. Bax, görürsünüzmü, mən 5 dəqiqədir ki, sizinlə danışıram, ancaq artıq bir neçə dəfə söyüş sözü işlətdim”,-deyə Emmanuel  SBS telekanalının xanım jurnalistinə verdiyi müsahibədə bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər