Modern.az

Aşıq Şəmşirin Heydər Əliyevə yazdığı şeirlər

Aşıq Şəmşirin Heydər Əliyevə yazdığı şeirlər

10 May 2013, 07:54


Möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz açmış görkəmli el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın çiçək ətrini, büllur bulaqlarımızın saflığını, hikkəli çaylarımızın təmizliyini, bir sözlə, bəndinə-bərəsinə qarış-qarış bələd olduğu kövrək torpaqlarımızın əvəzsiz şirinliyini yaşarımisralara çevirməklə, özündən sonrakı nəslə ədəbi irs qoyub gedib.
Aşıq Şəmşirin ilk ustadı atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Göyçə aşıq mühitinin bir qolu olan Kəlbəcər aşıq sənətkarlığının inkişafı məhz Dədə Şəmşirin adı ilə bağlıdır.
Xalq şairi Səməd Vurğun Kəlbəcər dağlarında bu istedadlı el sənətkarı ilə tanışlığını sənət aləmində nadir tapıntı hesab etmişdi.
İllər keçdikcə Aşıq Şəmşir sazından qopan havalar və havacatlara qoşulan qoşqular məmləkətimizi oba-oba, oymaq-oymaq dolaşaraq, xalq arasında dərin rəğbət, böyük məhəbbət qazanıb.
Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla da həmahəng səslənir:

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin..

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin tərənnüm şeirlərini oxuduqca ustadın səmimi və təbii deyimlərinə valeh olursan. Həmişə elin dərdi ilə ağlayıb, sevinci ilə gülən böyük ozanın qarlı zirvələrdən qanadlanan ilham qartalı doğma Azərbaycanımızda gedən vüsətli inkişafı və HeydərƏliyev həqiqətlərini, təbiiki, görməli idi:

Çiçəklənib Azərbaycan,
Bu illərdə, bu illərdə.
Al bəzənib cümlə-cahan,
Bu illərdə, bu illərdə.

Ustad sənətkar bu şeirləri yazdığı illərdə Azərbaycan Sovetlər Birliyinin “vahid ailə” üzvlərindən biri idi. Təbii ilhama, fitri istedada malik bir el sənətkarı kimi Aşıq Şəmşir Odlar Yurdu Azərbaycanın tərəqqi və yüksəlişinə saz tutub, söz qoşurdu:

Azərbaycanımızın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Dədə Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlərdən parçalar:

HEYDƏRİN

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.

Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü, daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir, bizə var imdadı Heydərin.

YARAŞIR

Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.

İlanlı səhralar verir ağ üzüm,
Mədənlər axıdır ləl düzüm –düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.

Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa,yaraşır.

TORPAĞIN DADI

Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.

Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir