Modern.az

Buxarestdə Rumıniyanın baş naziri Novruz şənliyində iştirak edib

Buxarestdə Rumıniyanın baş naziri Novruz şənliyində iştirak edib

Mədəni̇yyət

22 Mart 2010, 20:22

Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, martın 21-də səfirliyin və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı qeyd olunub.
Tədbirdə səfir Eldar Həsənov Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri arasında özünəməxsus yer tutduğunu, Novruzun xalqımızın bütün varlığını özündə cəmləşdirən bayram olduğunu iştirakçıların diqqətinə çatdırıb. Səfir, bu yaxınlarda BMT Baş Assambleyasında qəbul olunmuş “Beynəlxalq Novruz günü” qətnaməsinin Azərbaycan tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını və qətnamənin əsasında martın 21-nin Beynəlxalq Novruz günü elan edildiyini bildirib. E.Həsənov həmçinin bu bayramın mənşəyinin və tarixinin öyrənilərək beynəlxalq ictimaiyyətə tanıdılmasının vacibliyini vurğulayıb.
Mərasimdə iştirakçılara Novruz bayramı haqqında ətraflı məlumat verilib.
Sonra Azərbaycan Dövlət Muğam Teatrının solisti Sədaqət Quluyeva və onu müşayiət edən musiqi qrupunun, həmçinin Rumıniyanın tanınmış musiqiçisi Marçel Pavelin iştirakı ilə bayram konserti olub.
Tədbirdə Rumıniyanın Baş naziri Emil Bok, parlament sədrinin birinci müavini İoan Oltean, Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, digər yüksək səviyyəli rəsmilər, tanınmış din, mədəniyyət və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunmuş xarici ölkələrin səfir və diplomatları, Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvləri, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, burada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan tələbələrimiz və s. iştirak edivlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi