25 may 2017, Cümə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Jurnalist Elçin Şıxlı ilə FOTOSÖHBƏT
Jurnalist Elçin Şıxlı ilə FOTOSÖHBƏT
14.05.2013, 10:01

Elçin İsmayıl oğlu Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbin birinci sinfinə gedib və 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirib.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində İnformasiya-reklam şöbəsinin müfəttişi olub. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmət keçib və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşən sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib. 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləyib. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent işləyib. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azəpbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışıb.
Hazırda
"Ayna"-"Zerkalo" qəzetinin baş redaktorudur. Evlidir. İki övladı var.

1958-ci il, hələ dünyanı mənə anam göstərir...

 

Bonapartsayağı görkəmdəyəm...

 1959-cu il, Nalcikdə, İsa əmiylə (yazıcı İsa Hüseynov) gəzintidəyəm.

 

Yenə də dünyanın dərdi alıb məni...

1961- ci il, Şüvəlan, Yazıçıların keçmiş yaradıcılıq evi, atam İsmayıl Şıxlı ilə birlikdə. İndi orada qaçqınlar
yerləşib.

1969-cu il, "Dəli Kür"ün çəkilişində. Mənim böyük ekranda ilk və sonuncu rolum...

 

1972 ci il, Elbrus dağının ayağında. Əcəb günlər idi...

 

1980 - ci il, əsgərlik...

 

 1980 - ci il, Sərqi Almaniyada əsgərlikdəyəm. Təbii ki, mütərcim kimi yazı makinasının arxasında...

 

1989-cu il Göyəzən dağının ətəkləri. Atam İsmayıl Şıxlının 70 illik yubileyi...  Qardaşım, atam, mən, bibioğlu və sinif yoldaşlarım... Onlardan biri rəhmətə gedib. Digəri də mühacirətə.

 

Atam İsmayıl Şıxlı və Yusif Səmədoğlu...Qazaxda döyüşlər gedən zaman

 

Prezident Heydər Əliyev media rəhbərlərini qəbul edib...

 

Berlində... Almaniya Bundestaqında alman deputatdan  müsahibə alırdım. İndi deputat deyil deyəsən.

 

Şamaxı yolunun üstündə, türk məzarlığında, həmkarlarımla bir arada.

 

Bu şəkil Almaniyada, Hamburqda “ZEİT” (Zaman) qəzətinin məşhur bir fondu var, orada olarkən çəkilib.. Jurnalist Rauf Mirqədirov 2006-cı ildə söz azadlığı ilə bağlı "ZEİT" qəzetinin mükafatını almışdı...

 

Brüsseldə NATO-nun qərargahının qarşısında bir qrup azərbaycanlı jurnalist və politoloq Eldar Namazov. Çoxunu tanıyarsız.

 

Yenə Brüsseldə, küçədə... 

 

Portuqaliyanın Funşal adası, Atlantik okeanında yerləşir. Bu ada “REAL”ın hücumçusu Ronaldonun adı ilə məşhurlaşıb. O, bu adada dünyaya gəlib.

 

Türkiyədə 2007-ci ildə kitab sərgisində. Azərbaycan kitabları ilə bağlı olan stend qurulub... Kamal Abdulla və Yasəmən Bayer... O, bizim yazıçıların əsərlərin türkcəyə tərcümə edib çap etdirənlərdən biridir.

 

Almaniya, Hamburq, "Ştern" qəzetinin ofisindəyik. Bizi ora aparıb iş prinsipi ilə tanış edirlər.

 

Hamburgda, "ZEİT" qəzetinin redaksiyasında...

 

Nyu-Yorkda hansısa muzeyin qabağındayıq .

 

Bura Nyu-Yorkda məşhur barıdır. Bu gürcü politoloqu Georgi Kutsişvilidir. 

 

 

İspaniya, Tenerife adası, həyat yoldaşım Sevinc xanımla birlikdə...

Siyasi biliklər proqramı üzrə Qubada seminardayıq. İndi tutulan REAL-çı İlqar Məmmədovun məktəbi idi.


İstanbul, Yasəmən xanım və mən TRT1-də, radioda müsahibə zamanı...

 

ABŞ-da Los-Ancelesdəyik. Bura şəkil çəkdirmək üçün xüsusi bir yerdi. Nəhəng ayaqqabı geyinmişəm. 

 

Qullu Məhərrəmli ilə cəbhə bölgəsinə getmişdik... Əsgər kazarmasındayıq. Səhv etmirəmsə Beyləqanda idi.

 

Qazaxda cəbhə bölgəsində səngərlərdəyik. Bizi də hərbi geyimlə təmin etdilər .

 

Oğlum Ayxan Qusarda əsgərlikdə olan zaman.

 

2007-ci ildi, ABŞ-ın Arizona ştatına qonaq dəvət ediblər, ordakı sakinlərin birinin evidir.

 

Yenə Arizona ştatı... 150-200 il yaşı olan kaktuis və başqa bitkilərin olduğu bir ərazidəydik. Ora açıq Nəbatət bağı da demək olardı.

 

Nyu-Yorkdakı "Bakı" restoranı... tələbə yoldaşlarımla birgə... 15-20 il olar ki, bu uşaqların hamısı köçüb gediblər burdan...

 

Parisdə söz azadlığı ilə bağlı konfransda.

 

Parisdə Yelisey bulvarında.

 

Paris, Luvrun ətrafı...

 

ABŞ, Vaşinqton Patomak çayının sahilində...

 

Vaşinqton, Ağ Evin qarşısında...

Türkiyə Qars qalası, Aqil Abbasla mən...

 

Sarıqamışda... Burdakıları da tanıyırsız təqdim etməyə ehtiyac yoxdu.

 

Sadiq dostum Largo.

 

Ziyalıların forumunu keçirirdik guya, icazə verilmədi çöldə dayanmışıq.

 

Axır vaxtlarda iştirak etdiyim tədbirlərdən birində...

 

Redaksiyada iş otağımda.

 

Elçin AĞAYEV
Şəhanə RƏHİMLİ

Suleyman
14.05.2013, 09:29

Elcin muellim siz boyuk insan,esil muellim,sexsiyyet Ismayil Sixlinin ovladisiniz.Size uzun omur,can saqliqi,ataniza allahdan rehmet dileyirem.

mmm
14.05.2013, 09:30

Kimliyine ve duzgun insanligina cox cox deyer verdiyim bir insandir.Dusunurem ki cemyyetimizde Elcin Sixli kimi insanlara,heqiqi ziyalilara cox ehtiyacimiz var.Yeqin ki Elcin Sixli kimi onderler cemiyyetde cox olsaydi Azerbaycan bu gun daha yuksek pillelerde olardi.Allah uzun omur versin

mahir Qabiloğlu
14.05.2013, 16:27

Elçin, şəkillər yaxşıdır. Amma həyat yolunun hamısını əhatə etmir. Məktəb, institut illərinin dostları, qonşular, "Ayna" qəzetinin kollektivi ilə şəkillərin yoxdur? İnanmıram. Fərruxu da yaddan çıxarmısan. Bilmirəm niyə. Amma dəxli yoxdur.Uğurlar!

habib bay vazirov
15.05.2013, 08:48

ELCIN ŞIXLI COX GÖZƏL ZİYALIDIR.BİZİM KİŞİ ŞAİRİMİZ İSMAYIL ŞIXLININ OVLADI OLMAĞINI SUBUT EDAN İNSANDIR.HƏMƏŞƏ ONA BÖYÜK HÖRMƏTİM OLUB .MƏN SİZƏ CAN SAQLIQI ARZU EDİRƏM

VAHID.H.
15.05.2013, 15:32

Tərəfsizliyi ilə seçilən, düzgün ziyalı. ALLAH QORUSUN!

Emin Məmmədov
16.05.2013, 16:09

Elçin müəllim, sizin atanız mənim atama və anama dərs deyib. Həmişə elmi mübahisə edəndə mənə deyir ki, mən İsmayıl Şıxlının tərbiyəsini görmüşəm sən kimin tərbiyəsin görmüsən?!

Maarif Rzayev,jurnalist,redaktor,Gence sheheri
01.06.2013, 00:09

Allah ataniza rehmet elesin..Ismayil Shixli geder xalgina yaxin insanlar chox azdir..Esl xalg yazichisi idi! Ot koku ustunde biter..Siz de ataniz kimi milletini seven,torpagina,el-obasina bagli,cemiyyetimize lazimli ziyalisiniz.Hem de comerdliyiniz var..Yadinizdadirsa,uzun illerden beri metbuatda fealiyyetimle bagli bir mesele ile elagedar Size muraciet etdim.Bu gune geder problemim hell olunmasa da,Sizin gosterdiyiniz diggete valeh oldum..Bele de gozlemek olardi.Axi, Sizin damarlarinizdan Ismayil Shixlinin gani axir..Halal olsun!

Adil Osmanov
01.06.2013, 15:23

Qədim Oğuz elinin qeyrət qalası Qazaxdan ancaq belə kişilər çıxa bilər.Əsl ziyalıdır.Allah qorusun.Amin!!!!

Əlövsət Osmanlı
02.06.2013, 21:56

Elçin bəy, yeri cənnətməkan olan İSMAYIL ŞIXLI sizin fiziki atanız olmaqla bizim də mənəvi atamızdır.Onun müqəddəs ruhu qarşısında baş əyirəm. Çox sevinirəm ki, ağır, şərəfli və məsuliyyətli yükü şərəflə daşıya bilirsiniz. Bu, hər kəsə nəsib olmur. Allah Sizi qorusun!..

Səba
20.02.2014, 01:35

Elçin müəllim, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Əsl ziyalıya xas olan keyfiyyətlər Sizin şəxsiyyətinizdə cəmlənib. Mən Sizin kimi tərəfsiz və dürüst ziyalı, söz adamı ilə fəxr edirəm! Allah Sizi qorusun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 22:04

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: sakinlər evakuasiya olunur

25.05.2017, 21:48

Taksi sürücülərini aldadan dələduz tutuldu - VİDEO

25.05.2017, 21:34

Sabiq baş nazirin avtomobili partladıldı

25.05.2017, 21:17

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

25.05.2017, 21:05

Azərbaycan neft hasilatının azaldılmasına razılaşdı

25.05.2017, 20:51

Avtobus qəza törətdi: bomj öldü

25.05.2017, 20:37

Dənizdə kişi meyiti tapıldı: İtkin neftçilərdən ola bilər

25.05.2017, 20:29

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25.05.2017, 20:14

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25.05.2017, 18:10

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:02

Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY

25.05.2017, 17:48

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

25.05.2017, 17:45

Putindən İlham Əliyevə TƏBRİK: "Ölkəniz nüfuz qazanıb"

25.05.2017, 17:43

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

25.05.2017, 17:32

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri AÇIQLANDI

25.05.2017, 17:30

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25.05.2017, 17:23

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu

25.05.2017, 17:22

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

25.05.2017, 17:21

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

25.05.2017, 17:19

“Qazaxıstanın  Beynəlxalq Bankla bağlı narahatlığı üçün heç bir əsas yoxdur”

25.05.2017, 17:01

BMT nümayıəndəsi Qızılağac Qoruğuna səfər etdi

25.05.2017, 17:01

Avtobusda tutulan cibgir polisə təhvil verildi

25.05.2017, 16:57

Müdafiə Nazirliyi: “Ermənistanın şantajı sistematik şəkil allır”

25.05.2017, 16:53

Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub

25.05.2017, 16:51

Naftalanda əsl cəbbəxana aşkarlanıb

25.05.2017, 16:46

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

ARXİV