Modern.az

Tanınmış şərqşünas 50 yaşını yeni kitabı ilə qeyd etdi

Tanınmış şərqşünas 50 yaşını yeni kitabı ilə qeyd etdi

13 May 2013, 13:20

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin yeni kitabı işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, «Mən və başqaları» adlı kitab tanınmış şərqşünas-alim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məsiağa Məhəmmədinin 50 illik yubileyi münasibəti ilə nəşr edilib.

Kitaba alimin görkəmli elm və ədəbiyyat xadimləri haqqında məqalələri, müxtəlif kitablara yazdığı rəy və müqəddimələr, eləcə də onun kitabları barədə yazılar daxil edilib.

Kitabda həmçinin Məsiağa Məhəmmədiyə ithaf olunmuş şeirlər və onun bir neçə müsahibəsi yer alıb.


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir