Modern.az

Suyu üfürə-üfürə içməli, yoxsa birnəfəsə?

Suyu üfürə-üfürə içməli, yoxsa birnəfəsə?

22 Mart 2010, 23:25

Dünyanı dağılmağa qoymayan dörd ünsürdən biri-su əbəs yerə həyat və dirilik mənbəyi adlandırılmır. Hələ lap dövri-qədimdən suyu müqəddəs hesab edən insanlar ona səcdə qılıb, qurbanlar kəsiblər.

«Su qurtaran yerdə həyat da qurtarır», «Su aydınlıqdır» kimi ibratəmiz kəlamlar əcdadlarımızın suya verdiyi qiyməti özündə əks etdirir. Sudan necə istifadə etməli? Bu suala insanların çoxu  əhəmiyyət vermir. Sudan düzgün istifadə qaydaları da çoxlarımızı düşündürmür. Halbuki onu qədərincə işlətmək, içmək lazımdır.

Dahi Nizami Gəncəvi əbəs yerə deməyib:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Torpaq, bitkilər, heyvanlar kimi insanların da öz su norması var. Suyun müalicəvi əhəmiyyəti barədə ilk məlumat hindlilərə məxsusdur. Su, orqanzimi lazımsız maddələrdən təmizləyərək böyük sanitar vəzifəsini yerinə yetirir. Hindlilələr məxsus 2000-2500 il bundan öncə yazılar «Həyat kitabı» bütünlüklə su ilə müalicədən bəhs edir.
Adi təmiz su sağlamlıq, saflıqdır. Adi suyun müalicəvi xüsusiyyətlərindən hələ lap qədim zamanlardan istifadə olunur. Əcdadlarımız soyuq suda çimməyi, sübh tezdən şehli ot üstündə ayaqyalın gəzməyi özləri üçün müalicə vasitəsi sayıblar. Tibb elminə görə, soyuq suda çimmək kimi sadə görünən üsul bədəni möhkəmləndirir, insanın fəallığını artırır. Bundan başqa bu üsul böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir, təngnəfəsliyin qarşısını alır, başağrılarının aradan qalxmasına kömək edir.

Mütəxəssislər dizin soyuq su ilə yuyulmasının da müalicəvi əhəmiyyət daşıdığını söyləyirlər. Bu, ayaqlara təsir edərək qanın bütün damarlardan keçməsini təmin edir. Cəmi bir dəqiqəlik bir-birinə əks olan isti və soyuq duş qəbul etmək əsəb sisteminin qaydaya düşməsində əvəzsiz rol  oynayır.

İnsanın ümumi çəkisinin 70 faizini su təşkil edir. İnsan əzələlərində 5, sümüklərdə 13, qanda 5, qaraciyərdə 16, dalaqda 0,4 faiz su yerləşir. Suyun tərkibi çox mürəkkəbdir. Təbii suda oksigendən başqa müxtəlif üzvi maddələr və müəyyən miqdarda radioktiv şüa da mövcuddur. Tərkibində daha çox əhəngdaşı olan suya «ağır» və ya «cod su», az olana isə «yüngül» və ya «yumşaq su” deyilir.  Mütəxəssislər qaynanmış suyu «ölü su» adlandırırlar. Onların fikrincə, su qaynayandan sonra onun təkibindəki mikroelementlər dəyişilir, yaydasını itirir. Odur ki, təmiz bulaqlar olmayan yerlərdə suyu süzgəclər (filtir) vasitəsilə təmizləyib çiy içmək məsləhətdir. Filtir olmasa bir stəkan çiy suya bir az yod, alma sirkəsi və ya bal əlavə edib içmək təhlükəsiz sayılır. Çünki heç bir mikroorqanizm turş mühitdə yaşaya bilmir.

Təbiblər bildirirlər ki, torpağında maqnezium bol olan ərazilərdə çoxlu çu içən adamlar xərçəng xəstəliyinə nadir hallarda tutulurlar. Maqnezium elementi təkcə xərçəngin qarşısını almır, həm də əsəb, əzələ, endokrin və orqanizmin digər sistemlərinə yaxşı təsir göstərir. Buna görə də məşhur yapon alimi Kadsudzo Nişi suyun maqnezium duzları ilə zənginləşdirilməsini əhəmiyyətli sayıb.

Qidanın tərkib hissəsi olan su maddələr mübadiləsinin gedişinə güclü təsir göstərir. Orqanzimin istifadə etdiyi su müxtəlif yollarla bədəndən xaric olunur. Nəfəs verərkən ağ ciyərdən buxar şəklində (sutkada 600 qram), dəridən tər şəklində (3 milyon deşikdən 600 qram), sidik şəklində (1300-500 qram), düz bağırsaqdan (1100 qram) su çıxır.

Bədəndən xaric edilən suyun sutkalıq həcmi 3500 qrama bərabərdir. Amma bu miqdar bədənin parametrlərindən və işin xarakterindən, şəxsin davranışlarından asılı olaraq dəyişə bilər. Hamı bilməlidir ki, bədənin xaric etdiyi su qədər su içilməlidir. Su içməyən və ya az içən adam bədənindəki zir-zibilin hüceyrələrdə və damarlarda yığılıb qalmasına, müxtəlif xəstiəliklər törətməsinə şərait yaradır.

Su təkcə orqanizmi təmizləmək funksiysını daşımır, həm də bədənin temperaturunu insanı əhatə edən mühitin temperaturuna uyğun tənzimləyir. Su orqanizmdəki yağın mübadiləsinə kömək edir, piyi tər vəziləri vasitəsilə bədəndən qovur. Normaya uyğun həcmdə içilən su yoğun bağırsaqdakı bakteriyaların azalmasına səbəb olur.
Su olmayanda maddələr mübadiləsi zamanı əmələ gələn bir çox zərərli maddələr qana sorulur, nəticədə damarların daralması, qan təzyiqinin yüksəlməsi baş verir.

Alimlər suyu düzgün içmək qaydasını aşağıdakı kimi göstəriblər.

Əvvəla səhər yerdən duran kimi acqarına mütləq su içilməlidir. Bunun üçün əvvəlcə ayaqyoluna getmək, sonra ağızı və boğazı təmiz-təmiz yaxalamaq lazımdır. Əgər dilin üzərində ağ təbəqə (ərp) əmələ gəlibsə, onu qaşığın qırağı  ilə qaşıyıb təmizləmək gərəkdir. Nəhayət stəkanı ilıq çiy su ilə doldurub içmək olar. Ürəyi və ya qaraciyəri xəstəliyyə meylli olanlar suyu qurtumla içməlidirlər.

Fəal fəaliyyət göstərən sağlam insanların gündəlik su norması 2-3 litrdir. Səhərlər ürək istəyən qədər su içmək olar. Sidiyə tez-tez gedən adam axşam yatmaq ərəfəsində su içərsə, qaraciyəri və böyrəklərini xəstələndirə bilər.

Suyu hamamda çimdikdən və vanna qəbul etdikdən sonra içmək çox faydalı sayılır. Bu zaman içilən su orqanizmə yığılan müxtəlif zibillərin xaric olunmasına kömək edir. Kadsudzo Nişi belə hesab edib ki, isti vanna qəbul etməzdən öncə suyu o adam içə bilər ki, həmin şəxs düz və bərk yataqda yatır. Bunu etməyən şəxs suyu isti vannadan ən azı bir saat əvvəl içə bilər.

Bəzi insanlar yemək yeyə-yeyə su içməyi xoşlayırlar. Bəs yemək yeyərkən su içmək olarmı? Əsla yox! Bu zərərli vərdiş sayılır. Yemək zamanı və ondan dərhal sonra su içən adam öz əliylə həzm prosesini pozur və qəbul etdiyi qidanı öldürür. Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Nəticədə mədə şirəsiz qaldığından qidanın da həzmi çətinləşir.
Gəzinti vaxtı və qaçarkən də su içmək zərərlidir. Bu vaxt içilən su mədə divarlarını korlaya və ya zədələyə bilər. Suyun normadan çox içilməsi orqanizmdə insulinin çatışmazlığına və mədəaltı vəzin pis işləməsinə dəlalət edir. 

Sağlam qidalanmanın 20 şərtindən biri məhz suyun düzgün içməsilə bağlıdır. Bu şərtə görə, hər bir insan gündə 3 litr çiy su içməyə vərdiş etməlidir. Hər gün yeməkdən 10-15 dəqiqə əvvəl 200 qram çiy su içmək faydalıdır. Onu bir nəfəsə deyil, qurtum-qurtum içmək lazımdır. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək məsləhətdir.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir