Modern.az

Brilliant Dadaşovadan Aygün Kazımova ilə bağlı yeni tikanlı AÇIQLAMA

Brilliant Dadaşovadan Aygün Kazımova ilə bağlı yeni tikanlı AÇIQLAMA

14 May 2013, 12:06


Xalq artisti Brilliant Dadaşovanın mətbuat xidməti digər xalq artisti Aygün Kazımova ilə yaşanan qalmaqala dair yeni açıqlama verib.

“Jurnalistlərin əksəriyyəti Brilliant Dadaşovanın Facebook səhifəsinə abunədirlər. Biz orada belə statusa rast gəlməmişik! Görünür ki, Aygün Kazımovanın Kral TV-də mükafat almadığına görə bircə kəlmə  “məyus oldum” deməklə Brilliant xanım Aygün Kazımovaya imkan yaradıb ki, Kazımova hər fürsətdə öz adını Brilliant Dadaşova ilə yanaşı çəkdirsin.

İndi gündəmə guya Brilliant Dadaşovanın yazdığı statusla əlaqədar yeni bir skandal gətirmək istəyirlər. Jurnalistlərin təkidi ilə Brilliant xanıma zəng etdim, o da dedi ki, mən belə quraşdırma skandallara cavab vermirəm”-deyə Brilliant Dadaşovanın mətbuat katibi Aynurə Əhmədova Modern.az-a bildirib.

Xatırladaq ki, xəbər saytları Brilliant dadaşovanın Facebook səhifəsindən bir statusu dərc ediblər. Həmin statusta Brilliant dadaşova Aygün Kazımovanın ünvanına təhqiramiz ifadələr işlədib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?