Modern.az

Azərbaycanlı deputatın təklifinə Türkiyə parlamentindən dəstək

Azərbaycanlı deputatın təklifinə Türkiyə parlamentindən dəstək

23 Mart 2010, 13:59

st1:*{behavior:url(#ieooui) }

Bir müddət öncə millət vəkili Həvva Məmmədova qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin Türkiyə tərəfindən məhkəməyə verilməsi təklifi ilə çıxış etmişdi. Deputat Modern.az saytına bildirmişdi ki, uydurma “erməni soyqırımı”nı tanıyan ölkələr mütləq Haaqa Məhkəməsinə verılməlidir: “Çünki bu ölkələr beynəlxalq qanunları pozmaqla yanaşı, Türkiyənin imicinə böyük xələl gətirirlər, onun üzərinə bəşəri bir cinayəti qoymaq istəyirlər. Bununla onlar böyük cinayət işlətmiş olublar. Mən saul edirəm, həmin ölkələrin parlamentariləri ermənilərin bu uydurduqları məsələ barədə nə qədər məlumatlıdırlar? Onların tarixçilərinin bu qondarma “soyqırım”la bağlı rəyləri varmı? Onların tarixçiləri bu məsələ ilə bağlı bircə dəfə olsun Türkiyənin arxivlərində işləyiblərmi? Mənə elə gəlir ki, Türkiyə bu məsələnin üstünə qəti şəkildə getməlidir”.

Deputatın bu təklifinə Türkiyə Böyük Millət Məclisi tərəfindən dəstək gəlib. 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Dəniz Bölükbaşı jurnalistlərə bildirib ki, artıq Ankara üçün qondarma “erməni soyqırımı” məsələsində siyasi müstəvidən hüquqi fəaliyyətə keçmək zamanıdır: “Bu baxımdan heç bir real fakt və məhkəmə qərarı olmadan ermənilərin iddialarını parlamentlərində soyqırımı kimi təqdim edən ölkələrlə beynəlxalq hüquq çərçivəsində mübarizə aparmaq lazımdır”. Ermənistana gəldikdə isə Türkiyə Böyük Millət Məclisinin ən yaşlı və təcrübəli deputatı Şükrü Ələkdağ riyakar siyasət aparan bu ölkə haqqında da beynəlxalq məhkəmədə iddia qaldırılmasının zəruri olduğunu bildirib. Yerevan məhz məhkəmədə soyqırımı iddialarını real faktlar əsasında sübut etməlidir. Əks təqdirdə, Türkiyə bu ölkəni məhkum etdirməli və erməni iddialarına hüquqi zəmində son qoyulmalıdır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?