Modern.az

Yazıçı Mövlud Süleymanlı hazırda nə yazır? - Yeni rubrika

Yazıçı Mövlud Süleymanlı hazırda nə yazır? - Yeni rubrika

14 May 2013, 15:59

Modern.az yeni “İndi nə yazırsınız?“ ədəbi rubrikasını sizlərə təqdim edir. Yeni layihə vaxtilə Azərbaycan ədəbiyyatında öz məhsuldar yaradıcılığı ilə səs salan qocaman yazıçı və şairlərimizə, daha doğrusu onların hazırki yaradıcılığına həsr olunacaq.

İlk qonağımız isə xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlıdır. Vaxtilə öz orijianal nəsri ilə hamının yaddaşında qalan yazıçı “Köç” romanı və “Dəyirman” povesti ilə Azərbaycan ədəbiyyatına yeni baxış gətirib. Məhsuldar filmoqrafiyası ilə də diqqət çəkən yazıçı hazırda nə ilə məşğul olduğunu, yaradıcılığı barədə Modern.az-a danışdı: “Hazırda heç nə yazmıram. Son işim “Yer üzünə məktub “ kitabını yazıb nəşr etdirmək olub, vəssəlam. Həmin kitab da bu il işıq üzü görüb. Gələcəklə də bağlı bəzi şeylər düşünürəm. Ssenarilərim var ki, onları çap etmək istəyirəm. “Yer üzünə məktub”un ikinci hissəsi yazılmalıdır. Daha sonra folklar və etnoqrafiyaya aid yazı, hekayələrimi cəmləmək fikrindəyəm”.

AzTV QSC-də sədr müavini olan M.Süleymanlı əsərlərinin motivləri əsasında çəkilməli olan filmlərdən də danışdı. “Mənim son kitabım olan “Yer üzünə məktub” demək olar ki, qısa metrajlı film ssenarilərindən ibarətdir. Təqdim edəcəm oanları yəqin ki ekranlaşdırılar. “

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir