Modern.az

"Eurovision-2013"ün I yarımfinalı keçirildi - Finala 10 ölkə çıxdı - SİYAHI

"Eurovision-2013"ün I yarımfinalı keçirildi - Finala 10 ölkə çıxdı - SİYAHI

15 May 2013, 08:24


Ötən gecə İsveçin Malmö şəhərindəki “Malmö Arena”da "Eurovision-2013" Mahnı Müsabiqəsinin ilk canlı şousu baş tutub. Modern.az-ın məlumatına görə, I yarımfinalda 16 ölkə finala çıxmaq üçün 10 yer uğrunda mübarizə aparıb.
Qeyd edək ki, bu il Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya müsabiqədə iştirakdan imtina edib.

Ötən gecə I yarımfinalda səhnəyə birinci  Avstriya təmsilçisi Natalie Kelli “Shine” mahnısı iıə çıxıb. Onun ardınca Estoniya, Sloveniya, Xorvatiya, Danimarka, Rusiya, Ukrayna, Hollandiya, Monteneqro, Litva, Belarus, Moldova, İrlandiya, Kipr, Belçika, Serbiya təmsilçiləri öz mahnılarını ifa ediblər.

Çıxışlardan sonra keçirilən səsvermə nəticəsində mayın 18-də keçiriləcək finala vəsiqə qazanmış 10 ölkə müəyyənləşib. Bunlar aşağıdakılardır:

   1.  Moldova
   2.  Litva
   3.  İrlandiya
   4.  Estoniya
   5.  Belarus
   6.  Danimarka
   7.  Rusiya
   8.  Belçika
   9.  Ukrayna
  10. Niderland

Qeyd edək ki, "Eurovision-2013"ün II yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. Azərbaycan təmsilçisi Fərid Məmmədov isə mayın 16-da  II yarımfinalda çıxış edəcək.

II yarımfinalda 17 ölkə təmsilçisi çıxış edəcək.

Hər yarımfinaldan 10 iştirakçı finala vəsiqə qazanacaq. Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?