Modern.az

Tapança gəzdirən, MTN zabitiylə sevgili olan şou nümayəndələrimiz - ARAŞDIRMA

Tapança gəzdirən, MTN zabitiylə sevgili olan şou nümayəndələrimiz - ARAŞDIRMA

Mədəni̇yyət

15 May 2013, 14:59


Adətən kriminal qruplaşmalar idmançıları öz əhatələrində görməkdə maraqlı olurlar. Bu “marağın” ən başlıca səbəbi odur ki, idmançı fiziki baxımdan daha güclüdür, danışıqla həll oluna bilməyən məsələləri qolunun gücüylə yoluna qoymağa qadirdir. Amma son bir neçə ildə şou və mədəniyyət sahəsinə aid olan tanınmışlar idmançıları da “geridə qoyublar”. Belə ki, axır zamanlar şou-biznes nümayəndələrinin də adı belə söhbətlərdə çəkilir.

Modern.az saytı sizə adı kriminal hadisələrdə çəkilən, həmçinin həbsxana həyatı yaşayan şou nümayəndələrini təqdim edir.

Müğənni Rəqsanə İsmayılovanı  Azərbaycan səhnəsinin 3-4 ən tanınmış kriminal simasından biri hesab etmək olar. Belə ki, bu müğənninin adı qadın alverindəın tutmuş, dələduzluğa qədər xeyli cinayət hadisələrində hallanıb. Yadınızdadırsa, 2007-ci ildə sənətçinin bacısı Ellada İsmayılova azərbaycanlı qadınların xarici ölkələrə aparılaraq cinsi istismara məruz qoyulması ittihamı ilə saxlanılmışdı. Lakin müğənni sonradan efirə çıxaraq yazılanları təkzib etmişdi:
”Düzdütr, həbs olunan adamın da adı və  soyadı Ellada İsmayılovadır, mənim bacımın da. Amma həbs olunan şəxs başqa Ellada İsmayılovadır”.

Həmin vaxt bəzi mətbu orqanları yazırdılar ki, İsmayılova 40 min dollar müqabilində elə həmin gecə bacısını məsulliyyətdən yayındıra bilib.

İsmayılova sonuncu dəfə bu yaxınlarda MDB məkanında beynəlxalq axtarışa verilib. Vesti.az saytının yazdığından:

”Suraxanı Rayon Polis İdarəsi 1979-cu ildə Goranboyda anadan olan Rəqsanə İsmayılovanı dələduzluqla bağlı axtarışa verib. Sonra isə müğənni MDB məkanında beynəlxalq axtarışa verilib. Rəqsanə İsmayılova bir neçə nəfərin etimadından istifadə edərək böyük məbləğdə pul mənimsəməkdə günahlandırılır. Hələ 2012-ci ilin payızında böyük məbləğdə pul mənimsəməkdə ittiham edilib. İstintaq materiallarına əsasən, müğənni 2010-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərini “mənimsəyib”. Rəqsanə İsmayılova Binəqədi rayon sakini Samirə Ələsgərovaya qızının Tibb Kollecinə qəbuluna kömək edəcəyini vəd edib. Bunun müqabilində o, Samirə Ələsgərovadan 5 min manat alıb. Rəqsanə İsmayılovanın qurbanları arasında Heydər Əliyev adına Beynəlxalq Aeroportun əməkdaşı Babayeva Rəna Həbib qızı da var. 2008-ci ildə Rəqsanə İsmayılova Zamiq Vəliyev, qızı Aişə Namazlı və prodüseri Nigar Babayeva ilə Bakıdan Moskvaya uçub. Rəqsanə İsmayılovanın pulu olmayıb və Nigar Babayeva biletləri öz hesabına alıb. Müğənni Moskvadan geri dönəndə pulu qaytaracağına and içsə də, andına sadiq qalmayıb...

Suraxanı Prokurorluğu keçən il sentyabrın 5-də müğənni ilə bağlı cinayət işi açıb. Rəqsanə İsmayılovanın günahları sübuta yetirilsə, onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Müğənni dəfələrlə polis tərəfindən ifadə verilmək üçün çağırılsa da, gəlməyib. O, 2013-cü il yanvarın 31-də Azərbaycanı tərk edərək ailəsi ilə Moskvada yaşamağa başlayıb”.

Tanınmış rejissor Aqil M.Quliyev isə hazırda dəmir barmaqlıqlar arasındadır. O bu il aprel ayının 23-də məhkəmə zalında həbs olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda Kürdəxanı təcridxanasında cəza çəkən Aqil Marianna Turabova adlı xanımın hüquq-mühafizə orqanlarına müraciəti əsasında istintaqa cəlb edilib. Turabova Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.  Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əməkdar artist Mətanət İsgəndərlinin adı isə dəfələrlə ABU-nun keçmiş rektoru Elşad Abdullayev yaydığı videoqalmaqalda hallanıb. Eelə bir neçə gün öncə sözügedən hadisədə adı çəkilən iş adamı Arzu Kazımovun ikinci həyat yoldaşı, müğənni İranə İlkin də Mətanət xanımla bağlı maraqlı açıqlama verib. O bildirib ki, M.İsgəndərli 2003-cü ildən naməlum şəkildə itkin düşən və hələ də tapılmayan MTN əməkdaşı, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə yaşayıb, sevgili olub. İranə İlkinin Lent.az-a açıqlamasından:

“Bilirəm ki, Mətanət İsgəndərli Mahirlə yaşayıb, sevgili olub. Ondan zəng vurub soruşun bu məsələləri. Burada mənim nə günahım var ki, məndən zəng edib, soruşursunuz? Mənim bu yazıdan xəbərim var. Yəni, mənə deyiblər, oxumuşam. Yenə deyirəm, mənim onlarla heç bir münasibətim olmayıb. Deyə bilmərəm, onları kim tanıyıb. Mahirlə Mətanətin sevgili olmağını isə bütün Azərbaycan bilir”.

Mətanət xanım isə indiyə kimi sözügedən məsələ haqda mətbuata doğru-dürüst nəsə deməyib. Əməkdar artistin həmkarlarımıza sonuncu dəfə verdiyi cavab belə olub: ”İndi dağa çıxıram, telefon yaxşı tutmur. Sizi eşidə bilmirəm”.

Maraqlıdır ki, İsgəndərli “dağdan qayıdandan” sonra da bu barədə heç nə deməyib.

Tanınmış repçi Hüseyn Dəryanın da yolu bir zamanlar həbsxanadan keçib. Belə ki, Dərya 2008-ci ilin dekabr ayının 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə və bir ədəd qaz tapançası götürülüb. Buna görə, Hüseyn Dərya bir müddət həbsdə yatıb.

Əməkdar artist Aygün Bəylər isə bu ilin əvvəlində haqqında yazılan “narkoman” xəbərləri ilə gündəmə gəldi. Xəbərlərdə sənətçinin uzun müddətdir narkotik asılılığından əziyyət çəkdiyi və bu səbəbdən də  Rusiyada müalicə olunduğu qeyd olunurdu. Əməkdar artist isə televiziyadakı çıxışı zamanı faktı  təkzib eləmişdi.

Mövzunu davam etdirəcəyik.

Qeyd edək ki, təqdim etdimiz yazı şou-biznesin tanınmış simaları haqda zaman-zaman mətbuatda dərc olunan məlumatlar əsasında hazırlanıb.

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir