Modern.az

Qan Turalı: “Sayman Aruza ayıracaq vaxtım yoxdur”

Qan Turalı: “Sayman Aruza ayıracaq vaxtım yoxdur”

15 May 2013, 15:19

Modern.az-da AYB-in Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruzun replikası aləmi bir-birinə qarışdırdı. Xatırladaq: “Bəs hanı gənclər? Bəs hanı gecə gündüz köşə yazıb özlərini tanıtdıranlar? Adlarını deməsəm də, köşə yazılarının adlarını sizə deyim: “Evli qadınla sevişmək“ , “Seks niyə vacibdir? Sənin zindanda dırnaqları çəkilən yazıçın var. Otur onun acısın yaz! Evli qadınla sevişməni yox!”

Bu cümlələrin kimə ünvanlandığı bəllidir. İki köşə yazarı – Günel Mövlud və Qan Turalı.

Sayman Aruza adı çəkilən köşələrdən birinin müəllifi – Qan Turalı öz xarakterinə uyğun cavab verdi: “Sayman Aruzla mübahisə etməyə nə vaxtım, nə də həvəsim var. Nə də o qədər aşağı səviyyəm var ki , oturub onunla ağız-ağıza mübahisə edim. Bu mənasız bir mübahisədir. O ki qaldı Azərbaycan yazıçılarının Cənubi Azərbaycan ideologiyasına diqqətsiz yanaşmasına İranda əvvəl şah rejimi və ona qarşı olan qruplar var idi. Bir qrup ruhani idi, yəni dini xarakter daşıyırdı, digəri isə Tudə Partiyası idi ki, bu da çox milli bir təşkilat idi. Tudə Partiyasına görə bir çox yazıçılar həvəsləndirilir di ki, bu mövzuda yazılar yazsınlar. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması və digər əsərlər bu qəbildəndir. Bu tipli yazılan əsərlər dövlət sifarişi ilə yazılırdı. Hansısa xalqı azadlığa çıxarmaq, demokratiya uğrunda mübarizə aparmaq və s işlər ədəbiyyatın funksiyasına daxil deyil“.  

 

Elmin Nuri

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi