Modern.az

Şahbaz Xuduoğlu “Cənub nəşrləri”ndən danışdı

Şahbaz Xuduoğlu “Cənub nəşrləri”ndən danışdı

16 May 2013, 10:16

Modern.az Cənubi Azərbaycan ədəbiyyatı və onun təbliğindəki problemlər mövzusunda yazılarını davam etdirir. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu güneyli yazarların Azərbaycan Respublikasında təbliğinə ciddi yanaşdığını vurğulayıb:

“Biz iki – “Birinci kitab” və “Ən yeni ədəbiyyat” seriyalarında həm cənubdan, həm də şimaldan olan gənc yazarlarımızı heç bir ayrı-seçkilik qoymadan nəşr edirik. Birinci kitab seriyasından Ülkər Ucarın “Balıqçı əllərinə doğru“ kitabı çapdan çıxıb. Güntay Gəncalpın bütün kitablarını sistemli olaraq nəşr edirik. “Ürəyim ağrıyır“  romanının ən yeni ədəbiyyat silsiləsindən çap etmişik. Müəllifi cənubdan olan Ruqiyyə Kəbiridir. Sayman Aruzun da “Yüz il inqilab” romanını ən yeni ədəbiyyat silsiləsindən çap etmişik. Klassiklərdən isə Səməd Behrəngin uşaqlar üçün yazdığı nağılları çapa hazırlayırıq”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir