Modern.az

Ədəbi tənqidçidən iki yazara sərt cavab

Ədəbi tənqidçidən iki yazara sərt cavab

17 May 2013, 14:37

“Qulamhüseyin Saedi Markesin əsərlərinin mənbəyi ola bilməz”. Bunu Modern.az-a filologiya elmləri doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli söyləyib. “Əsərlərin yaranmasının ilkin mənbəyi sayıla bilməz. Əgər Sayman Aruz onu deyirsə, bu haqda geniş yazı yazıb fikirlərini əsaslandırsın. Görək onun bunu izah etməyə savadın çatır, ya yox. Sözü deyib qaçmağa nə var ki?“.

Bu sözlərlə tənqidçi Sayman Aruzun “Qulamhüseyn Saedi Qabriel Qarsiya Markesin ustadıdır” iddiasına cavab verib.

C. Yusifli Əziz Rzazadənin “Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatında magiyalı realizmin banisidir” iddiasına da rəy bildirib:

“Bu doğru fikir deyil. Magiyalı realizmi Haqverdiyev yaratmayıb. İddia elmi əsası yoxdur. Təbii ki, biz də istəyərik ki,  bizim hər hansı bir yazıçımız nəyinsə əsasın qoysun. Amma bunların hamısı elmi araşdırma tələb edən məsələlərdi. Atüstü cavaba uyğun deyil. Bununla belə, Haqverdiyev o qədər maraqlı yazıçıdır ki, onu tədqiq etməyə ehtiyac çoxdur. Xüsusən də magiyalı realizm baxımından. Mən Əziz Rzazadəni çox yaxşı tanıyıram və yaxşı yazardır. Amma Haqverdiyev haqqında fikri qeyri-ciddidir“. 

Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər