Modern.az

Yol Adam və seks mütəxəssisləri

Yol Adam və seks mütəxəssisləri

17 May 2013, 16:32

İnsanı yolu tanıdır.  Üzərində gəzdiyi yox, üzərində gəzdirdiyi yol. Bu yolun üzərindən insan keçmir, yol özü gəlib insandan keçir. Hər bir adamın şəxsiyyətini dəyərləndirəndə də gərək öncə ondan keçən yola fikir verək. Hər bir insandan isə ayrı-ayrı yollar keçir. Hər insan da ayrı-ayrı yollardan keçir.

İkinci epizod:  “Salam dar ağacı”

Rüstəm Behrudinin Azərbaycan ədəbiyyatına gətirdiyi bu ifadə uzun müddət meydan hərəkatları vaxtında insanların dilində əsl azadlıq şüarına çevrilmişdi. “Əcəllə ölməyə doğulmamışam. Salam, dar ağacı, əleykim salam“ şüarları indi də yaddaşların  toz basmış  gizli rəflərində qorunub saxlanılır. Əslində, şeir bir özbək dastanından öz mənbəyini almışdı. Belə ki, orda tək döyüşən qəhrəman  hər şeyin sonunda bir dar ağacı görür. Mübarizənin, qayənin sonunda o öz ölümünü bir qələbə kimi qəbul edir. Ölüm simvolu  olan dar ağacını da salamlayır. Dar ağacına salam vermək tənha döyüşçülərin bir növ vərdişidir...

Üçüncü epizod:  Sayman Aruz – Yol adam və “Salam dar ağacı..”


AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman  Aruzdan aldığımız müsahibə və onunla birgə bu istiqamətdə qabartdığımız problemlər bir sıra məsələləri yenidən gündəmə gətirdi. Quzey yazarlarının Güney ideologiyasına qeyri-səmimi və passiv münasibəti, ordan olan yazarların burda az-az çap olunması, gənc yazarların isə bu mövzulara tamam yad reaksiyası  ədəbi problem kimi qabardıldı və Modern.az saytında mütəmadi olaraq işıqlandırıldı. Ancaq başqa saytlar və ədəbi dərgilərdən bizə qəti dəstək verilmədiyinin şahidi olduq. Sayman Aruz bu məsələdə də dar ağacının salamçısı mövqeyində qaldı. Yəni tək, həmişəki kimi.  Şimal və Cənub  arasında ədəbi-mədəni və mənəvi əlaqə yaradan Sayman bəy bu yolda demək olar ki,  tək mübarizə aparır. Şöbənin bütün ağırlığı bu saat onun çiyinləri üzərindədir. Gənc yazarların Güney Azərbaycan mövzusuna laqeyd münasibəti bu gün Sayman Aruzu dar ağacı ilə görüşməyə vadar edir. Əslində dar ağacına gedilən yol Sayman Aruzun şəxsiyyətidir. O bu yolun özüdür. O bu yolu özündən keçirən insandır.  Bu yoldan başqa söykənəcəyi kimsə yox, nəsə yox! O Yol Adamdı. Dediyimizin yolların adamı.....

Bir də, bir də.... seks mütəxəssisləri var...


Sayman Aruz müsahibəsində bəzi yazarlardan gileylənmişdi. Səbəb kimi isə onların “Evli qadının sevişməyindən”, “Seks niyə vacibdir” və s-dən  yazmaları idi. Yazarları Güney mövzusuna, milli ideologiyanın təbliğinə səsləyən Sayman bəy əvəzində sərt ittihamla rastlaşdı. Bu cür “mütəxəssislər”in ustad nümayəndəsi olan Qanturalı Sayman Aruzla mübahisədə nə vaxtının, nə də həvəsinin olduğunu qeyd etdi. Ondan sonra sosial şəbəkələrdə hamı seks haqqında paylaşım edib bir növ dolayısı ilə ona cavab verməyə başladılar. Elə zənn etdilər ki, Sayman Aruzla mübahisədə nəyəsə nail olub özlərini modern bir insan kimi təsdiq edə biləcəklər. Amma belə olmadı. Çünki özünü təsdiq etməsi üçün insanın konkret bir yolu olmalıdır. Yalnız bir yolu. Sayman Aruz isə Yol Adamdır. Yol adamıdır... Son nəticəsində qələbə görsənən bir Yolun Adamı... Orda bir Yol var, uzaqda ... O Yol bizim yolumuzdur...

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər