Modern.az

Zəlimxan Yaqub haqda yeni kitab

Zəlimxan Yaqub haqda yeni kitab

Ədəbi̇yyat

18 May 2013, 11:42


Xalq şairi Zəlimxan Yaquba ithaf olunmuş şeirlərdən ibarət “Zaman bu kəsiri bitirməliydi” (tərtib edəni, redaktoru və ön sözün müəllifi Musa Nəbioğlu) adlı kitab işıq üzü görüb. “Vətən” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən bu kitabda Osman Sarıvəlli, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, İsa Muğanna, Tofiq Bayram və Məmməd Aslan kimi məşhur şair və yazıçılarla yanaşı ustad aşıqların və müxtəlif peşə sahibi olan digər qələm adamlarının müxtəlif vaxtlarda dövrümüzün bu böyük söz ustasına ithaf etdikləri şeirlər toplanıb. Ümumilikdə kitabda 200-dək müəllifin şeirləri toplanıb.

Tərtibçi və redaktor Musa Nəbioğlunun da qeyd etdiyi kimi, “kitabdakı imzaların müxtəlifliyi şairə olan ümumxalq sevgisinin coğrafi genişliyinin, şeirlərin yazılma tarixi isə onun bu sevgini hələ gənclik illərindən qazandığının göstəricisidir”.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı