Modern.az

Virtual dünyanın təhlükələri: 800 min manyak-istifadəçi

Virtual dünyanın təhlükələri: 800 min manyak-istifadəçi

Ölkə

25 Mart 2010, 15:40

Uşaqları virtual dünyanın təhlükələrindən necə qorumalı? Modern.az-ın araşdırmalarına görə, bu məsələ bütün ölkələr üçün eyni dərəcədə aktual görünür. Hazırda belə bir sual hamını narahat edir: “İnternetdə uşaq pornoqrafiyasına qarşı necə effektiv mübarizə aparmalı və uşaqları virtual dünyanın təhlükələrindən necə qorumalı?”

  

Hazırda İnternetdə uşaq pornoqrafiyasına görə liderlik ABŞ-a məxsusdur. Daha sonra isə Rusiya  bu sahədə irəlidədir. Məhz Rusiyadakı virtul cinayətkarlığın digər postsovet məkanına təsiri narahatverici məqamdır.  

Məsələ ondadır ki, hazırda virtual dünyanın cinayətkarları uşaq pornoqrafiyasını yaymaq və məsuliyyətdən qaçmaq üçün  yeni-yeni vasitələr tapırlar. Müasir texnologiya hər 15 dəqiqədən bir materialın hansı ünvandan göndərilməsini müyyən etməyə imkan verir. Bu məsələ qlobal xarakterli olduğu üçün müvafiq dövlət strukturları, ictimai təşkilatlar və sıravi vətəndaşlar  bu problemlərə soyuq yanaşmamalıdır. Hər bir insan bu cür cinayətkarlıqla mübarizədə iştirak etməli, şübhəli ünvanlar barədə xəbər verməlidir.   Bu məsələdə əsasən provayderlərin  üzərinə də böyük iş düşür. Provayderlər onların xidmətindən istifadə edənləri diqqətlə izləməli, qanunazidd materialları izləməli və müstəqil surətdə onları şəbəkədən çıxarmalıdır. 

 

Kibercinayətkarlıqla  mübarizə sahəsində ixtisaslaşmış doktor Marko Qerkenin sözlərinə görə,  uşaq pornoqrafiyası kifayət qədər dərin və qorxulu problemdir. “Bu, sadəcə iyrənc və tərbiysiz şəkillər deyil. Bu, çox vaxt mütəşəkkil cinayətkarlıqla bağlı olan faciədir. Uşaqların zorlanması çarxları bütöv cinayətkar şəbəkənin məşğul olduğu son məhsuldur. Onlar axtarır, oğurlayır, çarxa çəkir və onları satırlar”,-deyə Qerke bildirib.

 

Məlumatlara görə, hazırda virtual dünyada 800 min manyak-istifadəçi yaşayır, onlar müntəzəm surətdə İnternetdə uşaq pornoqrafiyası yayır və küllü miqdarda  pul qazanırlar.  Çarxları əldə etmək üçün sadəcə SMS-lər göndərmək lazımdır.  Video-görüntülər  nə qədər sərt olarsa, bir o qədər baha satılır. 

Söhbət bu yolla əldə olunan milyardlarla dollar vəsaitdən gedir. Bu, yalnız qeyri-leqal silah alveri ilə müqayisə oluna bilər. Araşdırmalar göstərir ki, pornoqrafiya virtual dünyanın yeganə  uşaq qorxusu deyil. İnternetin gənc istifadəçilərinə ən çox pedofillər və adam oğruları yox, öz dostları və virtual tanışları təhlükə törədir.

 

Kiberbullinq - İnternet vasitəsilə təhqir  və alçatma  yeniyetmələr arasında daha çox populyarlıq qazanmağa başlayıb. Uşaqlar bir-birini döyür, alçaldır və bütün bunları videolentə çəkərək Şəbəkədə yerləşdirirlər. Bu cür zorakı hallar uşaq və yeniyetmələrin yaddaşında dərin yaralar buraxır, çünki bunlar virtual dünyanın yaddaşına həmişəlik həkk olunur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər