Modern.az

Millət vəkilləri Hindistan səfiri iləTovuzda olublar (fotolar)

Millət vəkilləri Hindistan səfiri iləTovuzda olublar (fotolar)

Parlament

25 Mart 2010, 16:49

Martın 25-də Hindistanın Azərbaycandakı səfiri Debnat Şou Tovuz rayonuna səfər edib. Modern.az xəbər verir ki, səfər Tovuz rayonundan olan deputat Qənirə Paşayevanın təşəbbüsü ilə reallaşıb. Tovuzda hindistanlı diplomatla keçirilən görüşdə Qənira Paşayeva ilə bərabər Milli Məclisin Gədəbəydən olan deputatı Nazim Məmmədov da iştirak edib. Əməkdaşımızın verdiyi məlumata görə, öncə səfirlə Tovuz qalasında görüş olub, Debnat Şouya abidə haqqında məlumat verilib. Səfir Tovuzun Şəhidlər Xiyabanına da baş çəkib. Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov qonaqları qəbul edib. Bu görüşdə səfirə Tovuz haqqında ümumi məlumatlar verilib, icra başçısı rayonda arxeloji qazıntıların aparıldığını, 8 minillik tarixə malik olan şəhər mədəniyyətinin aşkar edildiyini bildirib. Tofiq Zeynalov hindistanlı diplomata saz hədiyyə edib. Səfir Tovuzda iştirak etdiyi tədbirlərdən məmnun qaldığını deyib və Azərbaycan dilində öz təşəkkürünü bildirib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Hindistanın bəzi bölgələri ilə Tovuz qardaşlaşmalıdır. Deputat həmçinin Tovuzun sərhəd bölgələrindəki vəziyyət barədə Debnat Şounu məlumatlandırıb. Bildirib ki, ermənilər bölgədə yaşayan dinc əhalinin daim atəşə tutur, dəfələrlə yaralananlar, ölənlər olub. O, ermənilərin qəbiristamlıqları da atəş altında saxladıqlarını, insanlar qəbirləri ziyarət edə, dəfn mərasimi kecirə bilmədiklərini vurğulayıb. Deputat səfirin diqqətinə çatdırıb ki, qarşı tərəf insanların əkin-biçinlə məşğul olmasına da maneçilik törədir, suvarma suyunun qabağını kəsir. Deputat Nazim Məmmədov da Hindistanla əlaqələrin inkişafına diqqət çəkib. O, Hindistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini təqdirəlayiq hal adlandırıb.

Görüşdən sonra Qənirə Paşayeva Hindistan səfiri Debnat Şounu Ermənistanla olan sərhəd bölgəsi ilə tanış edib.

 

 

 

 

 

 

 

 

Aqil Aslan
Tovuz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır