Modern.az

Nuşirəvan Məhərrəmlidən yerli seriallara tənqid: “Bayağılıq, sünilik baş alıb gedir”

Nuşirəvan Məhərrəmlidən yerli seriallara tənqid: “Bayağılıq, sünilik baş alıb gedir”

Mədəni̇yyət

21 May 2013, 16:51


Mayın 21-də Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli prodakşn rəhbərləri ilə görüşüb. Görüşdə N.Məhərrəmli indiyədək çəkilən yerli teleserialların keyfiyyəti barədə danışıb. Deyib ki, bu istiqamətdə xeyli iş görülüb, 2011-ci ildə ilk dəfə serialların çəkilişinə dövlətdən 5 milyon manat ayrılıb və 20-dək teleserial çəkilib. Amma onların səviyyəsi qaneedici deyil:
”Çəkilən seriallar tamaşaçıları özünə cəlb edə bilmir, filmlərdə bayağılıq, sünilik, mövzu kasadlığı hiss olunur. Ona görə də bu sahədə əldə olunan nailiyyətlərdən danışa bilmərik. Mən həm Şuranın sədri, həm də bir vətəndaş kimi serialların keyfiyyətindən razı deyiləm".

N.Məhərrəmli deyib ki, prodakşnların sayı çox olsa da, onların gördüyü iş zəifdir. “Kiçik bir ölkədə bu qədər kino prodakşn varsa, nə üçün filmlərimiz indiki keyfiyyətdədir? Kino sahəsində işləyən hər kəs bir prodakşn yaradıb film çəkməyə başlamamalıdır. Artıq MTRŞ-yə film çəkilişi üçün 40 prodakşn müraciət edib. Dövlət vəsaiti prodakşnlara verilsə, onların çəkdiyi seriallar televiziyada göstəriləcəkmi? Telekanallar deyirlər ki, əgər bu seriallar reytinq gətirməsə, onları göstərməyəcəklər”-deyə tənqid edib.

M.Məhərrəmli dövlətdən ayrılan ayrılan vəsaitin xərclənməsi ilə bağlı narahatlığın olduğunu vurğulayıb.

Vüqar İsmayılov
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı