Modern.az

Suğra Bağırzadə: “Yoldaşım məndən çox yaşlı göründüyünə görə, istəmir ki... “ - Nöqtəbənöqtə

Suğra Bağırzadə: “Yoldaşım məndən çox yaşlı göründüyünə görə, istəmir ki... “ - Nöqtəbənöqtə

Mədəni̇yyət

22 May 2013, 09:54


Modern.az
saytı yeni rubrikaya başlayır. “Nöqtəbənöqtə” adlanan layihədə sənət adamları, idmançılar, siyasətçilər və digər tanınmış şəxslərdən götürdüyümüz müsahibələr layihənin adından da göründüyü kimi, nöqtəbənöqtə yazılacaq. Yəni cümlə quruluşlarına, tələffüzə toxunmadan. Beləliklə, “Nöqtəbənöqtə”nin ilk qonağı əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadədir.

- Suğra xanım, hazırda nə işlə məşğulsunuz?

- Bilirsiz, Allah qoysa sentyabrın beşinnən dokquzunacanYaponiyada Saporo şəhərində Ümumdünya Floristlər Şurasının otuzuncu sammiti keçiriləcək ora hazırlaşıram. Çünki mütləq mən ora getməliyəm. Çünki məşğul olduğum bu əsərlər, ikibanalar bilirisiz ki, Yaponiyada çox diqqət mərkəzindədir.  Bu da onların incəsənətinin bir növüdür. Ona görə də çalışıram ki, ora dəyərli əsər aparam. Çox əsər apara bilmiyəcəm. İki-üç əsər əlbət ki, aparmalıyam. Ona görə də bax bu problem məndə ən birinci problemdi.

- Hazırda filmə, seriala çəkilirsiniz?

- Yox, serial yoxdu, amma diplom işində çəkilirəm. İndi “Avropalı sevgilim” adlı belə bir film var. Orda fransız ailəsi gəlir, Bakıda qız azərbaycanlı oğlana vurulur. Bax həmin fransız xanımını mən oynuyuram. Yani mənim qızım vurulur azərbaycanlı oğlana. Belə bir marağlı ssenaridi. Və diplom işidi, onda çəkilirəm.

- Suğra xanım, deyəsən rusdillisiniz.

- Rusdilli xeyr, mən Azərbaycan məktəbini bitirmişəm. Yeddi nömrə məktəb.

- Rus dilini əla bilirsiniz?

- Bəli əlbət ki, ona görə ki, mən bizim həm müəllimim, həm də ki, yeddi nömrəli məktəbi bitirmişəm, şəhərin mərkəzində həm də pionerlər sarayında bilirsiz ki, orda ümumi sovet ittifaqında, keçmiş sovet məkanında dil rus dili idi. Ona görə də əlbət ki, buna çox böyük fikir verirdim. Ona görə də tam bilirəm bu dili.

- Rubrikamızın adı “Nöqtəbənöqtə”dir. Amma hələ ki, nitqinizdə ciddi nöqsan yoxdur.

- (gülür) Deməli siz nöqsan axtarırsız?

- Nöqsan axtarmırıq, bu sadəcə rubrikamızın adıdır.

- Aha.

- Gündəlik mütaliə edirisiniz?

- Yox əlbət ki. Həm rahat danışmaq, həm rus dilində müsahibə vermək. “Mir” kanalı lazım olanda həmişə məndən götürür bu intervyunu. Ona görə ki, mən rus dilini tam bildiyimə görə, yəni birbaşa verilişlər olur Azərbaycanla Rasiya arasında. Onda məni dəvət edirlər, mən böyük məmnuniyyətlə çıxış edirəm.

- Bildiyim qədərilə özünüzə qarşı çox diqqətli insansınız.

- Özümə qarşı əlbəttə çox diqqətliyəm, çox tələbkaram, çox işgüzaram. Ona görə ki, mənim çəkilişdən başqa, yəni bu əsərlərim çox vaxt tələb eliyir mənnən. Çünki demək olar ki zərgər işidi. Bu an çox diqqətli, çox deməli həm bütün ürəyini verməlisən. Həm də əllərin çox bacarıxlı olmalıdı ki, bu təzə tər güllləri işliyib Tanrının onlara verdiyi gözəlliyi saxlayasan. Burda mühəndis işi də var, həm rəssam kimi sora rəngnən işdiyirəm.. Həm də zərgər bacarığı lazımdı. Doğrudan özümə qarşı çox tələbkaram.

- Bəs görkəminizə qarşı?

- Nəyə?

- Görkəminizə.

- Aaa, zahir görünüşü əlbətə, bu həm genetik demək olar ki, xarici görünüşdür. Həm də özümə qarşı əlbəttə çox tələbkaram. Yani hər səhər mütləq idman edirəm, mütləq yarım saat, qırx dəyqə. 

- İdmanınız nədən ibarət olur?

- Bilirsiz sağlamlığım üçün nə lazımdısa, artıq indi yaşıma görə artıq aerobikaya getmirəm. Ona görə də bütün mənə əzələlərim üçün beynimə qan işləmək üçün, düzgün qan davamı, dövriyyəsi üçün nə lazmdısa, yəni bir də ki, çox üzr istəyirəm, bədənin forması düzgün olması üçün, yəni artıq bunları bir təcrübə üzərində qurmuşam. Bu mütləq bu hərəkətləri eliyirəm səhər-səhər otuz qırx dəyqə. Sonra mən həmişə deyirəm, bədənin təmizlənməsi üçün bizdə Abşeron zəfəranı var. Mən həmişə onu axşamnan dəmliyirəm səhər içirəm. Sonra düzgün qida əlbəttə, bu özü də bir mədəniyyətdir. Mən qidama fikir verirəm. Yəni nə çox olsun, nə az olsun. Rasion da düzgün qurulsun da. Yani bilirsiz bu yəqin ki, insanın mədəniyyətinnən, tərbiyəsinnən, özünə qarşı qoyduğu məqsəddən irəli gəlir.

- Düşünürsünüz ki, qidalanmanın insanın mədəniyyətinə aidiyyatı var?

- Əlbəttə böyük aidiyyatı var.

- Ola bilər ki, kiminsə vaxtı düzgün qidalanmağa imkan vermir. Amma çox mədəni və tərbiyəli insandır.

- Vaxtı yoxdu düzgün qidalanmağa, bilirsiz işi necə qurmaq lazımdır? Məsələn hətta “fəs fut”da da yiyirlər. “Fəst fut”da da məsələn, beş-altı mərtəbəli çörəy yox, onun əvəzinə bir tikə toyuq, sonra salat, xiyar, pomidor, nəsə bunu bir yerdə qoyub yemək olar ki, bu sənə çox ziyan gətirməsin. İnsanın beyninə bilirsiz insanın daha çox gözü acdı, beyni acdı nəinki mədəsi. Ona görə də bu beynində, bu gözündə bunu nə qədər düzgün qurubsa, eynilə də nəticə alınır.

- Siz “fəst fut”da yeyirsiniz?

- Heç vaxt. Mən ümummiyyətlə “fəst fut”nan, “Makdonalds”nan, tələm-tələsik yeməynən doğrudan istəmirəm. Çox olur ki, çəkilişlər olur.  Günorta yemək vaxtı olmur, nə bilim nə. Amma mən onda da bir dənə alma yeyərəm. Daha çox məsələn, qara şakaladı yiyərəm bir az nəsə çay içərəm. Amma heç vaxt mən helə şeyləri yeməyi xoşlamıram. Ümumumiyyətlə, mənim xasiyyətim başqa cürdü. Mən elə xörəkləri xoşlamıram. Biz Azərbaycan milli xörəklərimizi çox sevirik. Çox sevirəm ki, səliqəynən xörəy bişirilsin, gündə bir dəfə xörəy yeyəsən. Özü də ki mən özüm bişirdiyim, bir də bacılarım bişirdiyi xörəyi çox sevirəm. Ona görə də qonaq gedəndə, ya da restoranda, ya da yığıncaqlarda da doğrusu yeməyi çox sevmirəm. Çünki yəni əgər özümə bunu yeməyə icazə verirəmsə, onda nəsə yaxşısı budur həm dadlı olsun, həm də ki mənim dediyim yemək olsun.

- Söhbətin əvvəlində daha yaxşı danışırdınız. Artıq yetərincə səhvlər buraxırsınız. 

- Aaa bilmirəm. Nə səhvlər buraxdım? Ola bilər ki, iki nəfər bir-birini tanımayan insan telefonla danışırsız. Mən sizi görmürəm, reaksiyanızı görmürəm. Ona görə biz ikimiz bir-birimizi tanımayan insanlarıq. Bu isə insana üçün çox çətindir. 

- Son zamanlar efirə çıxmırsınız deyəsən .

- Məni efirlərə çox dəvət edirlər. Gül bayramında da çox çəkilişlər göstərdilər, sonra jurnallar gəlib intervyu götürdülər, qəzetə Gül bayramıyla bağlı. Yəni çox çəkilirəm. Uşaq verilişlərində çəkildim, çox çəkilirəm. Məndə elə olmur ki bir ayın içərisində iki-üç dənə kanala çıxmayım. Helə olmur.

- Bir neçə peşəniz var-rəssam, aktrisa, mühəndis. Hansı sizə daha yaxındır?

- Bilirsiz, hə, başa düşdüm. Mən həmişə deyirəm ki, mən diplomuma çox böyük hörmət edirəm. Çünki həmişə mən mühəndis-texnoloq işləmişəm. Aşkarlama sexində kinostudiyada. Sonra plyonka mühəndisi olmuşam. Amma ki, öz də ki, mən Neft Kimya İnstitutunu bitirmişəm və institutda da əla qiymətlərlə oxuyurdum. Ona görə də öz diplomuma çox böyük hörmət edirəm. Mən həmişə deyirəm ki, əgər mənim sənətlərim üzrə faizi mən bölsəm, onda yəqin ki mən əlli faizi diplomuma verərəm, 25 faizi aktrisalığa, 25 faizi də rəssamlığa. Çünki artıq rəssamlıq da mənim bir sənətimə çevrilib. Mən həm Rəssamlar İittifaqının üzvüyəm, həm Ümumdünya Floristlər Şurasının üzvüyəm, həm də ki, bu şura əsərlərimin sərgisini keçirdikdən sonra onlar mənə belə bir sertifikat verilib -floristika industriyasında yeni professional səmt yaratdığıma görə. Ona görə də əlbəttə ki, mən belə sertifikatla çox qürurlanıram. Həm də öz işlərimə çox ciddi yanaşıram. Məni rəssam florist adlandıranda heç fikirləşmirəm ki, bu şişirdilib.Yəni normal bir haldır.

- Bilirəm ki, yetərincə yaşınız var. Amma maşallah, çox gənc görünürsünüz.

- Bilirsiz doğrusu mən elə aktrisayam ki, heç vaxt yaşımı gizlətmirəm. Mənim keçən il 65 yaşım oldu. Bütün kanallarda da göstərdilər yubileyləri, yubileyimi. Sonra nə bilim day.az-da nə bilim hər yanda hara intervyu verdimsə, hər yanda yazdım ki, 65 yaşım var. Bu il mənim 66 yaşım oldu. Yəni mən öz yaşımı deməkdən çəkinmirəm. Çünki bunun mənası yoxdu. Çünki mən bu yaşda hər halda millətimizin hörmətini qazanmışam. Adla lazımdırsa, əməkdar aktrisayam, həm mühəndis, həm də belə bir sertifikatım var, rəssam flaristəm. Yəni ailəm var, həyat yoldaşım, iki qızım, dört nəvəm. Yəni insana nə lazımdısa, bu yaşda çox şükürlər olsun ki, məndə var. Ona görə də, mən yaşımı doğrudan heç vaxt gizlətmirəm və çəkinmirəm. Hərdən də hamı zarafatnan deyəndə ki niyə qocalmırsan? Deyirəm ki, vaxtım yoxdur vaxtım olan kimi qocalacam (gülür). Çünki doğurdan da o qədər işim olur ki, bu çəkilişlər, əsərlərim tələbələrim, sonra evdə nəvələr. Yəni ailəm bu cox vaxt aparır. Ən böyük defisit mənim həyatımda vaxtdı. Ona görə də bu vaxtla mən səliqəli dolanıram. 

-Yənqin ki, həyat yoldaşınızla görüntü və yaş fərqiniz kəskindir?

- Hər ikimiz 1947-ci ildə anadan olmuşuq. Hətta o məndən altı ay balacadır. Görüntü fərqi yəqin ki. Çünki mən tərif olmasın, öz yaşımdan çox cavan görsənirəm. O isə öz yaşına uyğun görsənir.

- Təxminən 45 yaşlı bir xanım və 60 yaşlı bir kişi...

-(gülür) Yəqin ki belə. Çünki hətta məni filmlərə çəkəndə də, yəni klipə çəkiləndə filmə çəkiləndə məni 45 yaşından yaşlı qadın roluna heç kim dəvət eləmir. Bu bir az mənimçün daha da pisdir. Mənə artıq hərdən deyəndə ki siz operatsiya eləməyə istiyirsiz? Deyirəm yox, operatsiyanı neyniyirəm? Heç 45 yaşından çox yaş verirlər ki.  Bu day da mənə mane olur ki filmlərdə çəkilməyimə, bu mənim mane olur.

- Yəni heç əməliyyat etdirməmisiniz?

- Xeyr. Yəni gözlərimi eləmişəm. Çünki gözlərim bilirsiz hamı yaşlı olanda göz qapaqları aşağı düşür. Ona görə ki mənim də işim elədi ki, həmişə bu əsərlərnən məşğul olanda başıaşağı bu bir az maneçilik törədir. Ona görə daha başqa şey lazım olmayıb hələ ki.

P.S: Müsahibənin sonunda Suğra xanımdan elektron ünvanımıza həyat yoldaşı ilə olan şəklini göndərməsini xahiş edirəm. Verdiyi cavabla bir növ gənc qalmağının da sirrini açmış olur. Yəni aşkarca hiss olunur ki, Bağırzadə intriqaları sevməyən insandır: “Yoldaşım məndən çox yaşlı göründüyünə görə, şəklinin yayımlanmasını istəmir və mənim də tərbiyəm buna yol vermir ki, onun istəmədiyi nəyisə edim”.

İntiqam Valehoğlu 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!