Modern.az

«Maşın» realiti-şousunun intriqantları...

«Maşın» realiti-şousunun intriqantları...

20 Sentyabr 2009, 00:40

«Lider» telekanalında yayımlanan «Maşın» realiti-şousu sona yaxınlaşdıqca, həyəcan artır, «Ford Mondeo»nu əldə etməyə çalışan iştirakçıların əsl siması verilişi izləyən tamaşaçılara aydınlaşır. Artıq tamaşaçılar açıq-aydın görür ki, şounun iştirakçıları olan sənətçilər bir-birlərinə badalaq vurmaq hansı oyunlardan çıxırlar.
Diqqətli tamaşaçılar yəqin özləri üçün müəyyənləşdiriblər ki, şou başlanandan indiyədək orada hadisələri müxtəlif istiqamətlərə yönəldən bir qruplaşma var ki, ona da müğənni Səidə Sultan və «N broteher» qrupunun rəhbəri Namiq Qafarov birlikdə rəhbərlik edirlər. Onlar gah ikili oyun oynayır, gah da iştirakçılar arasında mübahisə yaradaraq qarşıdurmanın baş verməsinə nail olmağı bacarırlar. Lakin nədənsə digər iştirakçılar bunu bilə-bilə açıq danışmağa cəsarət etmir, çəkinir və hər şeyi üstüörtülü söyləyirlər. Şouada yeganə iştirakçı Əli Mirəliyev idi ki, o, hər şeyi açıq söyləyir, oyuna qatılan sənətçilərin paxırını tamaşaçılara çatdırırdı. Buna görə də şouda hadisələri diqtə edən Səidə Sultan və Namiq Qafarov cütlüyü vaxtında Əli Mirəliyevi zərərsizləşdirərək onu gənc müğənni Nurlan Növrəslinin əli ilə oyundan kənarlaşdırmağa nail oldular. Əli Mirəliyevin verilişdən getməsi şounu bir qədər maraqsızlaşdırdı desək, yanılmarıq. Çünki onun şou iştirakçıları barədə yerinə düşən atmacaları, orada kimin özünü necə aparmasını tamaşaçıya çatdırması digərlərini qıcıqlandırır, verilişə baxanlara isə ləzzət edirdi. 
Ötən gecə realiti-şounun növbəti buraxılışı müğənni Nurlan Növrəslinin oyundan uzaqlaşdırılması ilə yadda qaldı. Qeyd etmək lazımdır ki, onu şoudan uzaqlaşdıran meyxana ustası Ağamirzə Məmmədov yeganə iştirakçıdır qruplaşmanın üzvü deyil və dünənədək ayrı-ayrı iştirakçılarla sözləşmələrdə iştirak etmirdi. Lakin dünən gecə A.Məmmədov özünün razılığı ilə şəklini qutuya atdırmaqla tamaşaçılardan lazım olan qədər səs toplayıb N.Növrəslini oyundankənar vəziyyətə saldı. Bununla da Ağamirzə Məmmədov özü də bilmədən hadisələri diqtə edən qruplaşmaya kömək etmiş oldu. Halbuki, ötən gecə tamaşaçılar gözləyirdilər ki, meyxana ustası qrup rəhbərlərindən birini “vuracaq”. Təəccüblüdü, onun da buna cəsarəti çatmadı. Əslində A.Məmmədov özü-özlüyündə Nurlan Növrəslinin bir neçə gün öncə şoudan kənarlaşdırdığı Əli Mirəliyevin qisasını alırdı desıl düz olar. Maraqlıdır, Ağamirzə Məmmədov niyə məhz Nurlan növrəslini şoudan kənarlaşdırdı? Axı o qruplaşma rəhbəri olan iki nəfərdən birini oyundankənar vəziyyətə sala bilərdi.
Heç şübhəsiz ki, A.Məmmədovun N.Növrəslini şoudan çıxarmasının əsas səbəbi gənc və təcrübəsiz müğəninin özündən yaşlı Əli Mirəliyevə qarşı haqsız hərəkət etməsi idi. Yaddan çıxarmayaq ki, həm A.Məmmədov, həm də Ə.Mirəliyev əslən köklü bakılıdırlar. Bundan başqa A.Məmmədov şounun yeganə iştirakçısıdır ki, Ə.Mirəliyev onu barəsində atmacalı fikirlər söyləməmişdi.

Yəqin tamaşaçılar da hiss etmişdilər, əslində Nurlan Növrəslinin özü də Əli Mirəliyevi uzaqlaşdırandan sonra vicdan əzabı çəkir, qruplaşmanın fitvasına getməklə səhv addım atdığını başa düşürdü. Bu mənada dünən A.Məmmədovun belə bir addım atması N.Növrəsli üçün göydəndüşmə oldu və o, ilk iştirakçı idi ki, oyundan çıxarılmasına həddindən artıq sevinirdi. «Maşın»ın növbəti günlərində iştirakçılar arasında intriqanın gərginləşəcəyi şubhə doğurmur. Əgər digərləri bəribaşdan qrup rəhbərləri S.Sultanla N.Qafarovu zərərsizləşdirməsələr, onda belə demək mümkündür ki, həmin iki şəxs hamını «uda-uda» sona qalan üç nəfər arasında olacaqlar.



Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi